DTX: Yayılan xəbərlər dövlət mənafelərinə ziyan vurur, əsassız və dəqiqləşdirilməmişdir
DTX Əli Nağıyevin görüşü ilə bağlı yayılan məlumatı təkzib etdi
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, Azərbaycana aid olan bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya, “Ermənistan MTX-nin rəhbəri A.Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R.Muradov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A.Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və sairə bu kimi başlıqlarla həqiqətəuyğun olmayan məlumatlar yayılmışdır.
Dövlət Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəbər və paylaşımları qəti şəkildə təkzib edir və diqqətə çatdırır ki, indiyədək Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə ardıcıl məlumatlar verilmişdir. Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətdə həssaslıqla qarşılandığı nəzərə alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar veriləcəkdir.
Bir daha ölkəmizin kütləvi informasiya vasitələrində və sosial mediada ümumdövlət mənafelərinə ziyan vuran, həmçinin düşmən dairələri tərəfindən bilərəkdən sosial şəbəkələrə ötürüldüyü istisna olunmayan, Azərbaycanda ictimai rəyi çaşdırmaq məqsədi güdən əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, belə halların yolverilməzliyini qeyd etməklə yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
18 d. əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
-
25 d. əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 33 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
-
1 saat əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
1 saat əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
- 1 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Son Xəbərlər

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ
Ən çox oxunanlar

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank 96 ədəd RAM alır
