Listinq mövzusunda videokonfrans keçirilib
23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə təşkilatları, konsaltinq, hüquq və audit şirkətləri üçün “Bakı Fond Birjasında listinqlə bağlı yeniliklər, listinqin üstünlükləri və kapital bazarının inkişafı üzrə görülən işlər” mövzusunda videokonfrans keçirilib.
BFB-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, videokonfransın keçirilməsində məqsəd BFB-də listinqin stimullaşdırılması və kapital bazarının inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin, o cümlədən listinqlə bağlı yeniliklərin biznes ictimaiyyətinə çatdırılmasıdır. BFB-nin İdarə Heyətinin Sədri v.m.i.e Eldar Abdullayev çıxış nitqində Azərbaycanda biznes sektoru, eləcə də maliyyə bazarlarının dayanıqlı inkişafı üçün qiymətli kağızlar bazarının və listinqin önəmini vurğulamış, listinqin üstünlükəri barədə konfrans iştirakçılarına məlumat verib.
Daha sonra Mərkəzi Bankın və BFB-nin ekspertləri tərəfindən 2020-ci ildə listinqin stimullaşdırılması və kapital bazarlarının inkişafı üçün həyata keçirilmiş layihələr, Listinq Məsləhət Proqramı çərçivəsində emitentlər üçün təqdim olunan xidmətlər və gələcəkdə bu bazarın inkişafı üçün görülməsi planlaşdırılan tədbirlər haqqında təqdimat formatında məlumat verildi. Qeyd edildi ki, fond birjasında listinqin təşviq edilməsi, şirkətlərin və investorların qiymətli kağız bazarına çıxışının asanlaşdırılması, eləcə də pandemiyanın özəl sektora mənfi təsirlərinin minimallaşdırması məqsədilə stimullaşdırıcı tarif rejimi yaradılmış, istiqraz emissiyası üzrə tələblər yumşaldılmışdır. Fond birjasında listinq tələbləri beynəlxalq standartlara uyğunlaşdırılaraq qeyri-aktiv şirkətlər listinqdən kənarlaşdırılmış, eyni zamanda kapital bazarı iştirakçılarına requlyativ tətillər və güzəştlər verilib.
İnteraktiv formatda təşkil edilmiş videokonfransda 20-dən artıq qurum iştirak etmiş, görüşün sonunda iştirakçıların kapital bazarları və listinq ilə bağlı sualları cavablandırılıb.
Listinqlə bağlı məlumat almaq üçün BFB-nin internet səhifəsində listinq bölməsinə daxil ola və ya [email protected] elektron ünvanına müraciət edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)




.jpg)


