Sığorta şirkəti “Antikoronavirus” məhsulu üzrə 43 min manatdan çox sığorta ödənişi həyata keçirib
Hazırda Azərbaycanda COVİD-19 virusuna yoluxanların sayı 233 644 nəfər təşkil edir. Bu şəxslər arasında özünün və ailə üzvlərinin sağlamlığını, eləcə də maddi rifahını düşünərək “Atəşgah Həyat” Sığorta Şirkətinin təklif etdiyi “Antikoronavirus” sığorta məhsulunu əldə edənlərin sayı az deyil.
“Atəşgah Həyat” SŞ-dən Marja-ya daxil olan məlumata görə, bügünədək “Antikoronavirus” məhsulu üzrə müştərilərinə 43 min 150 manat sığorta ödənişi həyata keçirib.
Xatırladaq ki, bu sığorta məhsulu Azərbaycan Respublikasının ərazisində qüvvədədir və COVİD-19 virusunun nəticələrindən sığortalanmaq istəyən fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulub. Sığorta haqqı yaş həddindən asılı olaraq dəyişir. Təyin olunmuş yaş həddi 2 qrupa bölünür və hər yaş qrupu üzrə 3 növ sığorta paketi təqdim olunur.
Sözügedən sığorta məhsulunu evinizi tərk etmədən, tək şəxsiyyət vəsiqəsi ilə əldə edib, özünüzü yoluxma halında yaşaya biləcəyiniz maddi zərərlərə qarşı 3 000 AZN-dək sığortalaya bilərsiniz.
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 59 d. əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib






















