"Neft qiymətləri təslim olmağa yaxınlaşdı"
ABŞ-ın iri beynəlxalq investisiya bankı Goldman Sachs, qlobal bazarlarda neft qiymətlərinin təslim olmağa yaxınlaşdığı barədə xəbərdarlıq edib.
"Marja" xəbər verir ki, Goldman Sachs-ın yayımladığı "Neft Təslim Olmağa Yaxınlaşıb" adlı hesabatda, keçən cümə günü xam neft qiymətlərinin təxminən 8 faiz azalaraq son 5 ayın ən aşağı səviyyəsinə geriləməsi qiymətləndirilib.
Hesabatda, ABŞ-da artan xam neft hasilatına işarə edilərək, ölkədəki şist nefti istehsalçıları ilə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzvləri arasında "şiddətli rəqabət" olduğuna və bunun da qiymətlərə mənfi təsir etdiyinə diqqət çəkilib.
ABŞ-da artan xam neft hasilatının, OPEC ilə Rusiyanın 30 Noyabrda əldə etdiyi istehsalın azaldılması razılaşmasının müsbət təsirlərini tərsinə çevirə biləcəyi vurğulanaraq, müqavilənin bu ilin ikinci yarısında davam etməsi ehtimalının da riskə girdiyi qeyd olunub.
Yüksək xərclə ABŞ-da şist nefti çıxaran istehsalçıların artıq bareli 50 dollar olan qiymət səviyyəsinə daha sürətli cavab verdikləri qeyd edilərək, istehsalçıların fəaliyyətlərini davam etdirmək üçün lazımi sərmayələrinin də olduğu qeyd edilib.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Hesabatda həmçinin, neft qiymətlərindəki sürətli geriləmənin Goldman Sachs-ın bu il üçün orta hesabla 50 dollar olan qiymət proqnozu üzərində də risk yaratdığı məlumatına yer verilib.
Ötən Cümə gün Brent növü xam neftin barreli 46,90 dollara, ABŞ-ın Qərbi Texas tipi xam neftin bareli də 44,11 dollara qədər geriləmiş, beləliklə, 30 Noyabr 2016-cı il tarixində OPEC ilə Rusiya arasındakı istehsalın azaldılması müqaviləsindən bu yana neftin qiymətlərində əldə edilən qazancların hamısı silinmişdi.
Dünyanın ən böyük üçüncü xam neft istehsalçısı mövqeyində olan ABŞ-ın xam neft hasilatı keçən noyabr ayının sonunda gündəlik orta hesabla 8,7 milyon barreldən, ötən həftə 9,3 milyon barelə yüksəlmiş və son 5 ayda 6,9 faiz artım qeyd etmişdir.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























