Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi ödədiyi vergini açıqladı
Həm ölkə, həm də bütün dünya iqtisadiyyatı üçün ağır sınaq dövrü olan 2020-ci ili Azercell Telekom itkisiz və ciddi nailiyyətlərlə başa vurmağı bacarıb.
Şirkətn Marja-ya daxil olmuş məlumatda bildirlir ki, 2020-ci ildə ölkənin mobil kommunikasiya bazarında 49% faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi Azercell 2020-ci ildə dövlət büdcəsinə 111.9 milyon AZN, 24 il ərzində isə ümumilikdə təxminən 2 milyard AZN vergi ödəyib.
Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2020-ci ildə 58 milyon ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 1.7 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
İndi şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94.8% əhali əhatəsi isə 98.8% təşkil edir.
Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Ötən il boyu Azercell-in 4G şəbəkəsinin əhatəsi dairəsi 74,2%-dən 85,1%-ə yüksəlib. Bununla yanaşı, 2020-ci ildə 4G texnologiyası üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb, 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 2679-a çatdırılıb. Azercell şəbəkəsi üzərindən ötürülən məlumatın həcmi 2.25 dəfə artıb. Ümumilikdə, 2020-ci il ərzində yalnız 4G şəbəkəsi üzrə internet trafikində isə 60% artım müşahidə olunub.
Həmçinin oxu
Azercell 2020-ci ilin nəticələrini açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























