Abşeronun əkin sahələrində ev tikmiş vətəndaşlara müjdə !
Abşeronda üzərində 20 minədək ev tikilən kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası dəyişdiriləcək. Bu torpaqlarda tikilmiş evlərə çıxarış (kupça) alınması mümkün ola bilər.Abşeron və Qobustanda üzərində evlər tikilən kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası dəyişdiriləcək.
Bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, üzərində fərdi yaşayış evləri inşa edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi üçün Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq torpaq mülkiyyətçiləri tərəfindən Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmalıdır.
Hesabatda nəzərə çatdırılır ki, Abşeron rayonunun bələdiyyələrinin hüdudları daxilində faktiki olaraq tikintilər altında olan 8125 hekar və Qobustan şəhəri üzrə 78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mövcud istifadə vəziyyəti nəzərə alınmaqla kateqoriyasının dəyişdirilməsi məqsədi ilə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasının zəruriliyi barədə İqtisadiyyat Nazirliyi tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə və Qobustan rayon İcra Hakimiyyətinə müvafiq məktublar ünvanlanıb. Abşeron rayonu ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda mövcud olan tikililərlə əlaqədar adiyyatı qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır, tədbirlər plan tərtib edilib və çölölçmə işləri yerinə yetirilib. Bununla yanaşı, kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində 20 minə yaxın fərdi yaşayış evi, 6 minə yaxın müxtəlif təyinatlı qeyri-yaşayış tikililəri barədə məlumatlar toplanıb, xəritə materialları tərtib edilib, arayışlar və məlumatlar hazırlanıb və adiyyatı qurumlarda baxılır.
Abşeron RİH-nin istifadəsindəki 18 min hektar torpaq Bakı ŞİH-nin idarəçiliyinə qaytarılacaq
Abşeron rayon İcra Hakimiyyətinin istifadəsindən Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması nəzərdə tutulan ərazilərin müəyyənləşdirilməsi işlərinə başlanılıb.
Sənəddə qeyd edilib ki, həmin ərazilərin sərhədləri yerquruluşu qaydasında müəyyən edilərək, onlara dair hüquqların mövcudluğunun real vəziyyətlə müqayisə edilməsi nəzərdə tutulub. Bununla əlaqədar qeyd olunan ərazilər haqqında ilkin mərhələdə elektron formada məlumatlar əldə edilib. Aparılmış monitorinqlər nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olan və Bakı şəhərinin Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində yerləşən 18 min hektar torpaq sahəsi müəyyən edilib və Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması təklif olunub.
Hesabatda bildirilir ki, məsələnin həlli ilə əlaqədar torpaq sahələrinə dair təqdim edilmiş məlumatların araşdırılması, inventarlaşma işlərinin həyata keçirilməsi və torpaqların səmərəli istifadəsi ilə bağlı yekun rəyin hazırlanması məqsədilə adiyyatı qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılmasının məqsədəuyğunluğu barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara müraciət edilib.
Sənəddə bildirilib ki, Qobustan rayonu ərazisində üzərində 300-dən artıq yaşayış evi inşa edilmiş 78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq sənədlər hazırlanır və yaxın vaxtlarda müəyyən olunmuş qaydada aidiyyatı üzrə müraciət ediləcək.
Həmçinin oxu
Sənədsiz evlərin inventarlaşması aparılırAYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
5 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
6 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
6 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
6 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb







.jpg)













