Nəhəng bank Azərbaycanda kapital bazarının inkişafına dair yol xəritəsi hazırlayacaq
Asiya İnkişaf Bankı (ADB) “Asiyanın inkişaf edən ölkələrində kapital bazarının inkişafı və islahatına dəstək” layihəsinin icrasına başlayıb.
Təşkilata istinadən xəbər verilir ki, ilkin mərhələdə Azərbaycan, Monqolustan, Özbəkistanaq şamil olunacaq layihənin həyata keçirilməsi üçün Koreya Respublikasının ADB tərəfindən idarə olunan e-Asiya və Bilik Tərəfdaşlığı Fondundan 750 milyon ABŞ dolları məbləğində texniki yardım ayrılıb.
Texniki dəstək çərçivəsində hər üç ölkənin kapital bazarı təhlil edilməklə inkişaf səviyyəsi müəyyənləşdiriləcək, aidiyyəti dövlət və özəl qurumları ilə məşvərətlərdən sonra adıçəkilən ölkələr üçün yol xəritələri hazırlanaraq təsdiq olunacaq.
“Aşkarlanan nöqsanları ortadan qaldırmaq üçün bazarın strateji inkişafına dair planlar hazırlanacaq, kapital bazarının potensialını artırmaq, normativ hüquqi sənədlərin dəyişdirilməsi, səmərəli bazar infrastrukturunun, tələbat və təklifin bazar mexanizmlərini yaratmaq üçün müvafiq siyasi tövsiyələr veriləcək... Beynəlxalq Kapital Bazarları Assosiasiyası (ICMA) və s. beynəlxalq təsisatlarla birgə olaraq istiqrazlar bazarının inkişafı sahəsində onların təcrübəsindən bəhrələniləcək. Layihə yerli dövlət və təşkilat istiqrazları bazarının inkişafına xüsusi diqqət yetirmək şərtilə regionun dəyişkən təcrübəsini nəzərə alacaq”, – ADB-nin açıqlamasında qeyd olunur.
Layihə çərçivəsində “Strategiya 2030”-un başlıca istiqamətlərini dəstəkləmək üçün müvafiq tövsiyələr də veriləcək. Layihənin icra müddəti 2023-cü ilin dekabr ayında başa çatır.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)





.jpg)

