2 günlük sertifikatlı təlim proqramına start verilir
Təlim “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq və İlkin kütləvi təklif” mövzusundadır.5-6 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Bakı Fond Birjası və Ernst & Young (EY) şirkəti tərəfindən kiçik və orta biznes (KOB) subyektləri üçün “Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və İlkin Kütləvi Təklif” mövzularında sertifikatlı onlayn təlim keçirələcək.
Mərkəzi Bankın yaydığı məlumata görə, 2 günlük təlimdə Mərkəzi Bankın və Bakı Fond Birjasının əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listinqə daxil olma proseduru, fond birjasında listinqin üstünlükləri və listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlərlə bağlı ətraflı məlumat veriləcək.
Eyni zamanda EY əməkdaşları tərəfindən “İlkin Kütləvi Təklif”, KOB subyektlərinin üzləşdiyi ümumi problemlər, təklif olunan həll yolları və Avropa Yenidənqurma və İnkişaf Bankının “Maliyyə İdarəçiliyinin İnkişafı Proqramı” mövzularında çıxış nəzərdə tutulur. Həmçinin Bakı Fond Birjası “Listinq Məsləhət Proqramı” çərçivəsində yerli şirkətlərin kapital bazarından maliyyələşmə sahəsində təcrübələrini təlimdə iştirak edəcək şirkət nümayəndələri ilə bölüşəcəkdir.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən kapital bazarı sahəsində məlumatlıq səviyyəsinin artırılması, yerli biznes mühitində kapital bazarından maliyyəşmənin təbliği və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























