Argentinalı iş adamları Azərbaycanı Mərkəzi Asiyaya ixrac üçün giriş qapısı qəbul edirlər
Argentinanın Xarici İşlər Nazirliyi, AZPROMO və hər iki ölkənin digər qurumları bu gün kənd təsərrüfatı, süd və ət sənayesi üçün maşınqayırma sahəsində ilk "Argentina və Azərbaycan Sahibkarları arasında B2B Virtual Görüşü"nü təcrübədən keçirib.
Argentinanın Azərbaycandakı səfirliyindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, AZPROMO-nun prezidenti Yusif Abdullayevin və Argentinanın Ticarət və İnvestisiyaların Təşviqi üzrə Katib Müavini Pablo Sívori-nin başçılığı ilə keçən rəsmi açılışdan sonra iştirakçı 22 Argentina və Azərbaycan şirkətləri konkret ticarət imkanlarını analiz etdikləri 30-dan artıq qapalı ikitərəfli görüşlər keçiriblər.
Katib Müavini Sivori qeyd etdi ki, “Bu görüş Argentina və Azərbaycanın dövlət və özəl sektorunun birgə səyinin məhsuludur və hər iki tərəfin kənd təsərrüfatının inkişafı sahəsindəki əlaqələrini genişləndirməyə verdiyi əhəmiyyəti nümayiş etdirir.”
Özəl şirkətlər arasındakı əlaqə və mübadilə bu sənaye sahələrində hər iki ölkədə də oxşar çətinliklərlə üzləşdiyini və bir çox texnoloji həll yollarının Argentina və Azərbaycanın kənd yerlərində bir-birinin əvəzinə tətbiq oluna biləcəyini göstərib.
İştirakçılar ikitərəfli əlaqələrin yalnız hər iki iqtisadiyyatda mövcud olan konkret imkanlarından istifadə etmək üçün deyil, eyni zamanda regionun üçüncü ölkələrinə, xüsusən də İpək Yolu marşrutuna daxil olan ölkələrə açılaraq birlikdə işləmək məqsədi ilə gücləndirilməsinin vacibliyini təsdiq ediblər. Bu mənada, argentinalı iş adamları Mərkəzi Asiya ölkələrinə müxtəlif mallar ixrac etmələri üçün Azərbaycanın imtiyazlı bir giriş qapısı halına gəldiyini qəbul ediblər.
Texnikanın keyfiyyəti, uyğunlaşma qabiliyyəti və sübut edilmiş səmərəliliyi və son onilliklərdə Argentina sənayesi tərəfindən inkişaf etdirilən "know how" bu Cənubi Amerika ölkəsində kənd təsərrüfatı istehsalının sürətlə artımını yaxşı nisbətdə izah edir.
Azərbaycanlı sahibkarlar həmkarlarının təqdim etdikləri müxtəlif məhsulları maraqla izləyiblər və təqdim olunan texnikanın bir hissəsinin Azərbaycanın kənd təsərrüfatı, ət və süd istehsalının hazırki genişləndirmə prosesinə daxil edilməsinin mümkünlüyünü araşdırıblar.
Argentinanın Azərbaycandakı Səfiri, Serxio Perez Qunella hər iki ölkənin sahibkarları arasında daha çox yaxınlaşmanın yaranması üçün başçılıq etdiyi Nümayəndəlik tərəfindən belə təşəbbüslərə təkan verməyə davam edəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)




