2 günlük sertifikatlı təlim proqramına start verilir
5-6 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və “Ernst & Young” (EY) şirkəti tərəfindən kiçik və orta biznes (KOB) subyektləri üçün “Qiymətli kağızların buraxılışı, fond birjasında listinq və ilkin kütləvi təklif” mövzularında sertifikatlı onlayn təlim keçirələcək.
2 gün davam edəcək təlimdə Mərkəzi Bankın və Bakı Fond Birjasının əməkdaşları tərəfindən kapital bazarı, qiymətli kağızların buraxılışı, birjada listinqə daxil olma proseduru, fond birjasında listinqin üstünlükləri və listinqə müraciət edən şirkətlər üçün nəzərdə tutulan güzəştlərlə bağlı ətraflı məlumat veriləcək. Eyni zamanda EY şirkətinin əməkdaşları tərəfindən “İlkin Kütləvi Təklif”, KOB subyektlərinin ümumi hesabatlılıq məsələləri, təklif olunan həll yolları və Avropa Yenidənqurma və İnkişaf Bankının “Maliyyə İdarəçiliyinin İnkişafı Proqramı” mövzularında çıxış nəzərdə tutulur. Təlimdə Bakı Fond Birjası “Listinq Məsləhət Proqramı” çərçivəsində yerli şirkətlərin kapital bazarından maliyyələşmə sahəsində təcrübələrini iştirakçı şirkətlərin nümayəndələri ilə bölüşəcəkdir.
Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi şirkət və qurumlarla birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.
Təlimlə bağlı suallarınız olarsa [email protected] elektron poçt ünvanı və ya (012) 498 98 20 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























