Ötən il “PAŞA Həyat Sığorta”nın sığorta ödənişləri 2 dəfədən çox artıb
“PAŞA Həyat Sığorta” ASC 2020-ci ili 21 milyon 774 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 32 milyon 13 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalmasının əsas səbəbi ötən il sığorta ödənişlərinin və işlərin aparılması xərclərinin artması ilə əlaqədar olaraq cəmi xərclərin yüksəlməsidir.
Marja Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "PAŞA Həyat Sığorta"nın cəmi əməliyyat gəlirləri 2019-cu ildə 196 milyon 978 min manat ikən 2020-ci ildə 312 milyon 34 min manata yüksəlib (115 milyon 56 min manat və ya 58,4% artıb). Artımın səbəbləri toplanan sığorta haqlarının artması və xalis sığorta ehtiyatlarının müsbətə dəyişməsidir.
Şirkətin cəmi əməliyyat xərcləri isə 156 milyon 742 min manatdan 282 milyon 554 min manata qalxıb (125 milyon 812 min manat və ya 80,2% artıb). Artımın əsas səbəbi sığorta ödənişlərinin artmasıdır.
2019-cu illə müqayisədə 2020-ci ildə "PAŞA Həyat Sığorta"nın topladığı sığorta haqları 31 milyon 152 min manat artaraq 243 milyon 31 min manata yüksəlib (2019-da 211 milyon 879 min manat). Şirkətin illik cəmi sığorta ödənişləri isə 2,2 dəfə artaraq 222 milyon 977 min manat təşkil edib (2019-da 99 milyon 505 min manat).
Ötən il “PAŞA Həyat Sığorta”da işlərin aparılması xərcləri 6% artaraq 54 milyon 480 min manat təşkil edib. Buna səbəb də korporativ sosial məsuliyyət fəaliyyətinə sərf olunan büdcənin artması olub. Pandemiya və müharibə məsələlərində aktiv iştirak edən şirkət bir sıra təşəbbüslər irəli sürmüş və bir neçəsinə qoşulmuşdur. Bunlardan: YAŞAT, Koronavirusla Mübarizəyə Dəstək, Qarabağ Dirçəliş fondlarına yatırımlar, orduya və müharibədən ziyan çəkmiş təbəqələrə yardım, COVID-19 pandemiyasına qarşı mübarizə üçün Kubadan Azərbaycana həkimlərin gətirilməsində dəstək.
“PAŞA Həyat Sığorta” ASC-nin 2020-ci il dekabrın 31-nə olan maliyyə hesabatları
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















