EPUL-da daha bir yenilk - PUL KİSƏSİ
“PaySis” şirkətinin məhsulu olan EPUL portalı onlayn ödəniş sektorunda uğurlu mövqeyi, yeni xidmətləri, operativ fəaliyyəti ilə fərqlənir. Artıq üç ildir ki, istifadəçilərin ixtiyarına verilən onlayn ödəniş sistemi daha bir yeniliyini təqdim edir. Bu, hamının gözlədiyi EPUL PUL KİSƏSİ (WALLET) xidmətidir. EPUL PUL KİSƏSİ (WALLET) haqqında məlumatı diqqətinizə çatdırırıq.
EPUL PUL KİSƏSİ yaratmaq:
- EPUL-da qeydiyyatdan keçib, Pul Kisəsi yaratmaq.
- MilliÖn terminallarından Elektron pul kisəsi bölümünə daxil olub, EPUL-u seçmək və qeydiyyatda olan mobil nömrəni daxil etmək.
EPUL PUL KİSƏSİ balansını artırmaq:
- Kart vasitəsi ilə. Sayta daxil olaraq, kart məlumatlarını daxil edib Pul Kisəsinin balansını artırmaq olar. Burada komissiya 1% nəzərdə tutulub.
- MilliÖn terminalları vasitəsi ilə. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, komissiyasız balansı artırmaq mümkündür. Məlumat üçün qeyd edək ki, gələcəkdə digər terminallardan da balans artırmaq məqsədi ilə istifadə olunacaq.
EPUL PUL KİSƏSİ ilə aşağıdakı əməliyyatları yerinə yetirmək olar:
- Kommunal xidmətlərin ödənişi - istifadəçi ödəniş növü kimi kart yox, Pul Kisəsindən istifadə edə bilər.
- Virtual Kartın əldə edilməsi - istifadəçi plastik kart vasitəsi ilə ödəniş etmək əvəzinə, ödəniş növü kimi Pul Kisəsi göstərə bilər.
- Kartdan-karta xidməti- istifadəçi pul köçürməsi edən zaman ödəniş növü kimi Pul Kisəsi seçib digər karta pul köçürə bilər.
- Pul köçürməsi- digər EPUL istifadəçisinin elektron pul kisəsinə pul köçürmə mümkündür. Bu köçürmə zamanı heç bir komissiya ödənilmir.
- Konvertasiya - istifadəçi şəxsi pul kisələri arasında konvertasiya əməliyyatı apara bilər. Bu o zaman lazım gəlir ki, müəyyən xidmətlər yalnız USD ödənişi qəbul edir. Bu zaman istifadəçinin dollar hesabının-dollar Wallet-mövcud olması zəruridır. Belə olduğu təqdirdə öz AZN Pul Kisəsindən USD Pul Kisəsinə konvertasiya edərək, seçdiyi xidmət üzrə ödəniş edə bilər. Burada komissiya 1% nəzərdə tutulub.
EPUL PUL KİSƏSİ üzrə 2 tarif planı mövcuddur.
- Standart : Maksimum Balans: 50 AZN/USD, birdəfəlik istifadə limiti: 1000 AZN/USD.
- Premium: Limitlər ləğv olunur. İstənilən məbləğdə Pul Kisəsi yaratmaq olar. Premium tarif planına keçid üçün aşağıdakı identifikasiya metodlarından istifadə etmək olar: Ofisə gəlmək və ya Asan İmza.
EPUL PUL KİSƏSİ ilə edilən ödənişlərə görə bonuslar qazanmaq olar. Həmçinin, bütün ödənişlər və məlumatların tam təhlükəsiziliyi təmin olunur. Hər bir istifadəçi rahatlıq və məmnunluğuna xidmət edəcək EPUL PUL KİSƏSİndən yararlana bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 d. əvvəl
- 33 d. əvvəl
-
- 36 d. əvvəl
-
1 saat əvvəl
"1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməsə Elon Musk Tesla-dan ayrıla bilər"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
İstilik enerjisinin maya dəyəri əhali tarifini 2 dəfədən çox üstələyib
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvana dəvət olunublar
Son Xəbərlər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Dünya şəkər bazarında qiymətlər kəskin enməkdə davam edir
Azərbaycan neftinin son qiyməti
Amazon 30 minədək iş yerini ixtisar etməyi planlaşdırır
49 və 515 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yollar və Çinin Sian limanı anlaşdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan Təbrizə yeni baş konsul təyin etdi
Azərbaycan Futbolunda yenilik – Yeni sponsorluq müqaviləsi imzalandı
"Azəristiliktəchizat"da nöqsanlar aşkarlanıb
"AFB BANK"ın istiqrazlarını 80 investor əldə etdi
Toyota-nın satışlarında rekord














.jpg)
.jpg)











