TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
(®️) Azərbaycan Beynəlxalq Bankının TamKart debet və IBA Miles debet kartlarına sahib olmaq indi daha da sərfəlidir. Bank TamKart və IBA Miles debet kartı sahiblərinə kartdakı vəsaitlərinə əlavə faiz qazancı əldə etmək imkanı yaradıb.
Belə ki, Bankın TamKart və IBA Miles debet kart sahibləri heç bir minimal məbləğ tələbi olmadan hesabdakı vəsaitlərindən illik 3% gəlir əldə edirlər. Faiz gəliri hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin kart hesabına köçürülür. TamKart sahibləri faiz gəlirlərini pul vəsaiti, IBA Miles sahibləri isə əlavə millər şəklində alırlar. Bu qazanc imkanı yalnız manat valyutasında olan kartlara aiddir.
TamKart VISA Classic və TamKart MasterCard Standard istifadəçiləri bu imkandan yalnız Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqində qeydiyyatda olduqları halda faydalana bilərlər.
TamKart müştərilərə bankla tərəfdaş məkanlarda kəşbək imkanları yaradır. Ödənişlərini bu kartlarla aparan hər bir müştəri xərclədiyi vəsaitin müəyyən hissəsini ayın sonunda kart hesabına geri alır. Azərbaycan Beynəlxalq Bankının “QayğıCash” proqramı çərçivəsində Bankla tərəfdaş məkanlarda alış-veriş zamanı 20%-dək kəşbək müştərinin kart hesabına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının TamKart üzrə partnyor şəbəkəsi barədə ətraflı məlumatları https://tamkart.az/ saytından əldə etmək və kartı onlayn sifariş etmək olar.
IBA Miles kartları isə müştəriyə hər ödənişdən millər qazandırır. Sonra toplanmış millər pulsuz təyyarə biletlərinə, yaxud otel rezervasiyalarına dəyişdirilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. IBA Mileslə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Kart haqqında daha ətraflı məlumatları https://ibamiles.az/ saytından öyrənmək və kartı sifariş vermək mümkündür.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 28 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
3 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
6 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



























