“Kredobank”ın kredit portfelinin 80%-i təminatsızdır
Bu gün ləğvetmə prosesində olan “Kredobank” ASC-də yaradılmış Kreditorlar Komitəsinin ilk iclası keçirilir.
İclasda Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov da iştirak edir.
A.Cavadov toplantıda bildirib ki, “Kredobank”ın aktivləri qiymətləndirilib və Bankın kredit portfelinin 190 mln. manat təşkil etdiyi məlum olub. Bu məbləğ 1 932 fiziki və hüquqi şəxsə verilib.
“Aktiv (işlək) kreditlər 46 nəfərə verilib və ümumi məbləği 946 min manatdır. Bunun 6-sı və yaxud 516 min manatlıq hissəsi təminatlı, 21-i və yaxud 430 min manatlıq hissəsi təminatsızdır. Qeyri-aktiv (qeyri-işlək) kreditlər isə 1 905 nəfərə verilib və 189,1 mln. manatdır. Bunun isə 166-sı və ya 38,6 mln. manatlıq hissəsi təminatlı, 1 739-u və yaxud 150,4 mln. manatlıq hissəsi təminatsızdır. Ümumlikdə, Bankın verdiyi kreditlərin 1 760-sı və yaxud 150,8 mln. manatı (təxminən 80%) təminatsızdır. Kreditlərdən əldə olunması gözlənilən likvid vəsaitin məbləği 10 mln. manatdır”, - deyə A.Cavadov qeyd edib.
ADIF rəhbəri onu da bildirib ki, “Kredobank”ın öhdəlikləri 100 mln. manat təşkil edir: “Bunun 28 mln. manatı Fonda, 45,7 mln. manatı Azərbaycan Mərkəzi Bankına, 14,9 mln. manatı isə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fonduna olan borclardır”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























