Sahibkarlar üçün güzəştli kreditə dair vebinar keçiriləcək - TARİX
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə 16 aprel saat 16:00-da “Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda vebinar keçiriləcək.
Vebinarda sahibkarlara Fond tərəfindən təklif olunan maliyyə mexanizmləri, o cümlədən güzəştli kredit, avadanlıq krediti, kreditlərə zəmanət və mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmləri, onların şərtləri, müraciət forması və tələb olunan sənədlər barədə geniş məlumat veriləcək. Həmçinin sahibkarlar İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması və onun üstünlükləri ilə yaxından tanış olacaqlar.
Vebinarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün aşağıdakı məlumatları [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur:
• Ad, soyad
• Təmsil edilən qurum
• Vəzifə
• E-mail ünvanı
• Telefon nömrəsi
Qeyd etmək lazımdır ki, Sahibkarlığın İnkişafı Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir və qurumun əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən qabaqcıl beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət-sahibkar əməkdaşlığının inkişafına və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 5 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























