“AS Group İnvestment” şirkəti loqotipini yenilədi
“AS Group İnvestment” şirkəti mövcud dəyərləri üzərində müasirliyi seçərək loqotipini yeniləyibAzərbaycanın istər dövlət, istərsə də özəl sektorda müxtəlif təyinatlı layihələrini uğurla icra edən iri şirkətlərindən sayılan “AS Group İnvestment” özünün mövcud dəyərlərinə sadiq qalmaqla müasirləşməni seçərək loqotipini yeniləyib.
Qrupdan Marja-ya daxil olmuş məlumata görə, Şirkətin loqonu yeniləməsində əsas məqsədi mövcud emblemin təəssüratını və rəmzlərini qoruyub saxlamaqla onu sadələşdirmək idi.
Yenilənmiş loqo üst-üstə düşən, göy rəngli üçbucaq formasından və sarı dairədən ibarət olmaqla iki hissəyə ayrılıb. Üst-üstə düşən bu üçbucaq formaları birlikdə sünbülü xatırladaraq məhsuldarlığı və inkişafı ifadə edir. Formanın qalınlığı möhkəmlik və davamlılıq təəssüratını, iti küncləri sərtliyi, ciddiliyii ifadə etməklə yanaşı, oval künclər mülayimlik hissini yaradaraq brendə smart və açıq fikirlilik obrazını qazandırır. Rəngin göy olması öz soyuqluğu ilə həm də ciddiliyi ifadə edir. Brendin əsasındakı köklü, dəyişməz dəyərlər rəngə hoparaq onu tündləşdirir. Ən üstdə olan sarı dairə isə sünbülün məhsulunu, nailiyyəti ifadə etməklə həm də, Günəşin rəmzi kimi işıqlı gələcəyi, eyni zamanda brend üçün hədəflərin çox yüksəkdə olduğunu, daim ona doğru istiqamətləndiyini göstərir.
Qeyd edək ki, loqo ilə bərabər “AS Group İnvestment” özünün korporativ üslubunu və veb saytını da yeniləyib. Artıq yeni, innovativ www.asgroup.az saytına daxil olan hər kəs şirkət haqqında ətraflı, tam və dolğun məlumat əldə edə bilər.
Dövlət və özəl sektorda müxtəlif təyinatlı layihələri uğurla icra edən “AS Group İnvestment”-in əsası 2003-cü ildə ilk əmtəə betonu istehsalı üzrə ixtisaslaşan “AS İnşaat” MMC-nin yaradılması ilə qoyulur. Beton istehsalından inşaat layihələrinə keçən şirkət tədricən genişlənərək 2011-ci ildə “AS Group İnvestment” MMC-nin vahid çətiri altında birləşir. Hazırda şirkət biznes faəliyyətini daha da genişləndirərək tikinti, daşınmaz əmlak, istehsalat, kənd təsərrüfatı, nəqliyyat və daşımaçılıq, horeca istiqamətləri üzrə çalışır. “AS Group İnvestment” həmçinin, beynəlxalq layihələrə imza ataraq ölkəmizə investisiyanın cəlb olunmasında da mühüm işlər görür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)






