SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçiriləcək
“SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri rüblük qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti faiz ödənişi 19 aprel tarixində istiqraz sahiblərinin hesablarına köçürüləcək (17 aprel tarixi qeyri–iş gününə təsadüf etdiyindən, buraxılış şərtlərinə əsasən, növbəti ilk iş günü).
4 ildən artıqdır ki, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 2021-ci ilin ikinci, ümumilikdə isə, 18-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1.25 milyon dollarlıq gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 22 milyon 500 min dollara yüksəlmiş olacaq (toplamda 25 milyon dollar.)
Təkrar bazar əməliyyatları həcminin $200 milyona çatması, bağlanmış əqd sayının 2.400–ü ötməsi və Bakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir. 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının 2021-ci ilin ilk rübü üzrə ölkənin korporativ istiqraz bazarındakı payı 62% təşkil edib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi cari ilin 17 iyul tarixində baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
