“Barbie” qazandırır – son 6 ilin ən yaxşı göstəricisi
Pandemiyada ən çox alınan məhsullardan biri uşaq oyuncaqlarıdır.ABŞ-ın transmilli oyuncaq istehsalçısı, “Barbie”, “Monster High”, “Polly Pocket”, “Hot Wheels”, “American Girl”, “Matchbox”, “Masters of Universe”, “Thomas&Friends” kimi məşhur brend və seriyaların sahibi, Danimarkanın Lego Group şirkətindən sonra dünyada gəlirlərinə görə ikinci ən böyük oyuncaq firması olan 76 yaşlı qocaman Mattel Inc. ötən gün investorlar və ictimaiyyət üçün 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıb. Marja xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% artan satışlar son 6 ilin ən yaxşı nəticələrini göstərib.
Gəlirlərin ümumi həcmi ötən ilin müvafiq dövründə qeydə alınmış 594 milyon dollarla müqayisədə artaraq, 874 milyon dollara çatıb və analitiklərin proqnozlarından da (684 milyon dollar) xeyli artıq olub. Əməliyyat mənfəəti 31 milyon dollar təşkil edib ki, bu da 2014-cü ildən bəri ən yaxşı rüblük göstəricidir. Şirkət bu rübü xalis mənfəət əldə etməyərək, 115,2 milyon dollar zərərlə (hər səhmə görə 33 sent) başa vurub, lakin ötən ilin birinci rübündə tətbiq edilən ilk karantin tədbirlərinin təsiri nəticəsində məruz qaldığı 210,7 milyon dollar (hər səhmə görə 61 sent) zərərlə müqayisədə vəziyyət nisbətən sabitdir.
Satışların 381 milyon dolları gəlinciklərin, 183 milyon dolları körpələr, bir yaşından yuxarı və məktəbəqədər yaşdakı uşaqlar üçün oyuncaqların, 215 milyon dolları müxtəlif arabalar və bu tipli oyuncaqların, 199 milyon dolları müxtəlif film və cizgi filmi qəhrəmanlarının, qurucu oyunların, uşaqların inkişafı üçün oyunların və digər məhsulların payına düşüb. “Barbie” gəlinciklərinin satışı 86%, “American girl” 22% artıb. “Jurassic World”, “WWE” və “Masters of Universe” kimi film və animasiya qəhrəmanlarının satışı isə rekord – 101% artıb.
Mattel-in baş direktoru Ynon Kreiz cari ilin ikinci rübünün, xüsusilə Pasxa tətilinin də inamlı göstəricilərlə başladığını, bu il bayram mövsümlərində daha yaxşı nəticələr əldə edəcəklərini bildirib: “Biz oyuncaq sənayesində davamlı lider kimi öz mövqelərimizi möhkəmləndiririk. 2021-ci ildə və daha sonra gəlirlilik imkanlarımızı daha da artırmaq və davamlı olaraq böyümək mövqeyindəyik”.
Kommersiya qrupu Toy Assosiation-un apardığı “Kids Global” adlı araşdırmanın nəticələrinə əsasən, ABŞ-dakı valideynlərin 52 faizi bayramlarda uşaqlara daha çox oyuncaq hədiyyə edib. Bu da sektorun əsas oyunçularından biri Mattel-in satışlarına müsbət təsir edən əsas amillərdəndir. Şirkətin səhmləri dünən 7% bahalaşaraq, bir səhmə görə 22,33 dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
3 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
3 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Ən çox oxunanlar
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu






.jpg)













.jpg)

