Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Rusiya Azərbaycana 16 reysin yerinə yetirilməsi üçün 6 aviaşirkətə icazə verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya  Azərbaycana 16 reysin yerinə yetirilməsi üçün 6 aviaşirkətə icazə verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana aviareyslərin həyata keçirilməsi üçün altı aviaşirkətə icazə verib.  

“Aprelin 21-də iclasın yekunlarına dair Rosaviasiya “Ural Hava Yolları”, «Red Wings», “Severnıy veter”, “İkar”, “İJAVİA”, “İrAero” aviaşirkətlərinə Azərbaycana uçuşların yerinə yetirilməsinə icazənin verilməsi barədə qərar qəbul edib”, - sənəddə deyilir.

Qərara əsasən, “Ural Hava Yolları” Voronej, İrkutsk və Omsk şəhərlərindən Bakıya reyslərin yetirnə yetirilməsi üçün icazə əldə edib. Həmin şəhərlərdən Bakıya reyslər həftədə üç dəfə planlaşdırılır.

“Red Wings” həftədə 7 dəfə Jukovski-Bakı, həftədə 4 dəfə Jukovski-Gəncə reyslərinin yerinə yetirilməsinə icazə əldə edib.

“Severnıy veter” aviaşirkəti həftədə 7 dəfə Kaliniqrad və Vladikavkazdan Bakıya, “İkar” aviaşirkəti həftədə 7 dəfə Vladikavkaz-Bakı reysinin yerinə yetirilməsinə icazə əldə edib.

Həmçinin, “Rosaviasiya”nın qərarı ilə “İJAVİA” aviaşirkəti həftədə 2 dəfə Minvodı, Omsk, Kazan, Samara və Ufa şəhərlərindən Bakıya reyslərin yerinə yetirilməsinə icazə əldə edib.

“İrAero” aviaşirkəti həftədə 2 dəfə Samara, Ufa və Moskvaətrafı “Jukovski” aeroportundan Bakıya reyslərin yerinə yetirilməsi üçün icazə əldə edib. 

AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!

 “İnterfaks-Azərbaycan” 

23.04.2021 10:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18