"Neftin qiyməti 10 dollar /barelə düşə bilər"
2025-ci ildən sonra tələbin azalması fonunda neftin qiymətinin kəskin şəkildə düşəcəyi ehtimal edilir.
Bu açıqlamanı Fransanın "Engie" energetika şirkətinin vitse-prezidenti Tyeri Leperk (Thierry Lepercq) "Bloomberg" agentliyinə verib. O bildirib ki, buna səbəb alternativ energetika sahəsində inanılmaz inkişaf ola bilər.
T.Leperkin sözlərinə görə, yaxın illərdə dünya 5 "energetik tsunami" ilə qarşılaşa və nəticədə neftin qiyməti 10 dollar/barelə kimi geriləyə bilər. "Engie" şirkətində innovativ texnologiyalar sahəsinə başçılıq edən Leperk, illər keçdikcə günəş enerjisi və hidrogenin qiymətinin azalması və akkumulyatorların ucuzlaşması ilə elektromobillər və "ağıllı ev"lərin sayının artması dünya neft qiymətlərinə təzyiqləri artıracağını qeyd edib. O həmçinin bildirib ki, hətta 2025-ci ilə qədər neftə tələb artsa da, daha sonra onun qiyməti 10 dollar/barelə düşəcək.
Ekspert əlavə edib ki, zaman keçdikcə elektromobillərin yeni modelləri istehsal olunacaq və onlar bir dəfəyə 500 km məsafə qət edəcək. Nəticədə, şəhər hakimiyyətləri benzin və dizel yanacağı ilə çalışan avtomobillərə məhdudiyyət tətbiq edəcək.
"Engie"nin top-meneceri həmçinin 2025-ci ilə kimi 1 MVt/saat günəş enerjisinin qiymətinin günəşli ölkələrdə 10 dollara düşə biləcəyini vurğulayıb. Nəticədə, hidrogen istehsalının maya dəyəri maye qazın maya dəyərindən baha olmayacaq.
T.Leperk "Engie" şirkətinin 2018-ci ilə qədər texnologiyaların inkişafına 1,5 mlrd. avro vəsait ayırdığını xatırladıb. Yaxın aylarda o, şirkətinin bu sahədə yeni layihələri barədə açıqlamalar verəcəyini deyib. Qeyd edək ki, bir müddət əvvəl "Renaissance Capital" investisiya bankının baş iqtisadçısı neft qiymətlərinin düşməsi fonunda Rusiya, İran və Venesuela kimi ölkələrdə siyasi rejimlərin demokratikləşəcəyini proqnozlaşdırıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 23 san. əvvəl
-
- 21 d. əvvəl
-
48 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 50 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib


















.jpg)





