Palatadan "Beynəlxalq Bank" açıqlaması
Məlumat verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankı (ABB) Azərbaycan Respublikası Prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli fərmanının icrası çərçivəsində bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlandığını elan edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından "Marja"ya daxil olmuş məlumata görə, bu mərhələdə bankın balansında qalmış problemli aktivlərin dövlətə ötürülməsinin tamamlanması, öhdəliklərin restrukturizasiyası və törəmə bankların fəaliyyəti ilə bağlı strategiyanın müəyyən edilməsi nəzərdə tutulur.
Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində banklar haqqında qanuna müvafiq qaydada dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş borcların müəyyən hissəsinin könüllü şəkildə birbaşa dövlətə ötürülməsi planlaşdırılır.
Bankın restrukturizasiya planı qanunvericiliyə müvafiq qaydada Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılıb və MBNP ölkənin ən iri bankı olan ABB-nin maliyyə vəziyyətinin sabitləşdirilməsi və onun dayanıqlığının təmin edilməsi baxımından bu planı məqbul hesab edir.
MBNP vurğulayır ki, restrukturizasiya planı yalnız bankın xarici kreditorları və dövlət qarşısındakı müəyyən öhdəliklərini əhatə edir və Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatlarına şamil edilmir. Bu öhdəliklərin icrası üçün bank yetərli həcmdə sərbəst maliyyə vəsaitlərinə malikdir.
Nəzarət orqanı olaraq MBNP planın ardıcıl qaydada icrası və bankın müştərilərinin maraqlarının təmin edilməsini diqqət mərkəzində saxlayacaq.
ABB-nin press-relizinin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz:http://marja.az/news/7062?title=beynelxalq-bankin-saglamlasdirilmasi-prosesinin-novbeti-merhelesine-baslanilir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
47 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























