Mühacirlərin ən çox razı qaldığı 10 ölkə - SİYAHI
“Gəzməyə qərib ölkə”...... elə yaşamağa da!Qlobal miqyasda bir çox insan, eləcə də həmvətənlərimiz qazanc və daha yaxşı həyat arxasınca xarici ölkələrə tez-tez üz tuturlar. Qərbi Avropa, ABŞ və Kanada, Çin və Şərqi Asiya, həmçinin Körfəz ölkələrinə əmək miqrasiyasının səviyyəsi daha yüksəkdir. Lakin bu ölkələrdə çalışan əcnəbilər heç də hər zaman arzuladıqları ideal həyatı tapa bilmir. Əmək haqqı yüksək olsa da, mühacirlər gah həmin ölkələrin qəribə qaydalarından, gah vergi və digər məcburi ödənişlərin çoxluğundan, gah da kriminal vəziyyətin təhlükəli həddə olmasından gileylənir.
Amma mühacirlərin özlərini tam rahat hiss etdikləri, qazanc və həyat şəraitindən olduqca razı qaldıqları ölkələr də var.
Marja dünyanın ən iri mühacir (ekspat) şəbəkəsi olan InterNations-un “Expat Insıder 2021” sorğusuna əsasən, gəlmə işçilərin ən çox məmnun olduğu 10 ölkənin siyahısını hazırlayıb. Qiymətləndirmə dörd əsas meyara görə aparılıb: həyat keyfiyyəti, asan adaptasiya olma, şəxsi maliyyə/qazanc və xaricdə işləmək. Nəticələr maraqlı və təəccüblüdür.
İlk onluq:
Tayvan
işdən razılıq - 75%; iş-həyat balansından məmnuniyyət - 74%, xoşbəxt həyat - 80%
Meksika
işdən razılıq - 80%; iş-həyat balansından məmnuniyyət - 72%, xoşbəxt həyat - 89%
Kosta Rika
işdən razılıq - 70%; iş-həyat balansından məmnuniyyət - 69%, xoşbəxt həyat - 88%
Malayziya
işdən razılıq - 69%; iş-həyat balansından məmnuniyyət - 72%, xoşbəxt həyat - 85%
Portuqaliya
işdən razılıq - 62%; iş-həyat balansından məmnuniyyət - 70%, xoşbəxt həyat - 84%
Yeni Zelandiya
işdən razılıq - 78%; iş-həyat balansından məmnuniyyət - 83%, xoşbəxt həyat - 77%
Avstraliya
işdən razılıq - 73%; iş-həyat balansından məmnuniyyət - 76%, xoşbəxt həyat - 80%
Ekvador
işdən razılıq - 72%; iş-həyat balansından məmnuniyyət - 79%, xoşbəxt həyat - 88%
Kanada
işdən razılıq - 69%; iş-həyat balansından məmnuniyyət - 72%, xoşbəxt həyat - 76%
Vyetnam
işdən razılıq - 86%; iş-həyat balansından məmnuniyyət - 78%, xoşbəxt həyat - 85%
Koronavirus pandemiyası müxtəlif ölkələrdə yaşayan və işləyən mühacirlərin həyatına özünəməxsus təsir göstərib. Rəyi soruşulan hər 3 nəfərdən 1-i pandemiya nəticəsində xaricə köçmək planlarının ləngidiyini, hər 5 şəxsdən biri isə ötən il karantin tərbirlərinə görə evə-öz vətənlərinə qayıda bilmədiyini söyləyir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















