Meyvə-tərəvəz məhsullarını tarladan birbaşa mağaza rəflərinə gətirir - YENİ ŞİRKƏT
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə şirkətləri üçün meyvə-tərəvəzin birbaşa fermerdən alışını həyata keçirəcək Meyvə-Tərəvəz satınalma şirkəti təsis edib.
Şirkətin icraçı direktoru Emil Qarayev bildirib ki, müəssisənin yaradılmasında əsas məqsəd meyvə-tərəvəz məhsullarının birbaşa kənd təsərrüfatı subyektlərindən alışını təmin etmək və məhsulları tarladan “soyuq zəncir” standartlarını təbiq etməklə keyfiyyətli və daha münasib qiymətə istehlakçılara çatdırmaqdır:
“Ölkəmizin iqtisadi rayonlarında bütün təsərrüfat sahələri üzrə məhsul dəyərləndirilməsi edərək kiçik kənd təsərrüfatı subyektlərinin iri həcmli məhsul təchizatçısına çevrilməsinə dəstək olmağı əsas götürmüşük. Məqsədimiz “Tarladan süfrəyə” prinsipi ilə tədarük zəncirini yaratmaq və məhsulların çatdırılma müddətini qısaldaraq rəflərə çıxarmaqdır”.
Bu təşəbbüs sayəsində yerli kənd təsərrüfatı subyektləri öz məhsullarını daha geniş satış şəbəkəsinə birbaşa təqdim etmə fürsəti əldə edəcəklər, həm də təbii, keyfiyyətli və münasib qiymətli məhsullar müştərilər üçün daha əlçatan olacaqdır.
Fermerlər öz məhsullarını təqdim etmək üçün şirkətin satınalma ofisinin +994559006774 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
26 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu aşağıdakı sahələrdə fəaliyyət göstərir: Topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























