Dövlət şirkəti startaplara dəstək proqramına start verir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC startap layihələrinə birbaşa tərəfdaşlar vasitəsilə dəstək göstərən "Azcloud ScaleUp" proqramına start verir.
Nazirliyin yaydığı məlumata görə, məqsəd ölkədə əlverişli rəqəmsal ekosistemin inkişafına töhfə verərək yeni ideyaların yaradılması, innovativ sahibkarlığın təşviqidir.
Proqram çərçivəsində “AzInTelecom” MMC təşkilatçı qismində 5000 AZN-dək bulud xidmətləri, startapı inkişaf etdirmək üçün zəruri infrastruktur, AZCLOUD kanalları vasitəsilə təbliğat, biznes tədbirlərində və sərgilərdə iştirakın təşkili, ekspertlər tərəfindən biznes və texnologiya yönümlü təlimlər də daxil olmaqla genişmiqyaslı tədbirlər həyata keçirməyi planlaşdırır.
Azərbaycanda potensialı olan startaplara bizneslərini etibarlı və davamlı şəkildə böyütməyə, biznes cəmiyyəti və sifarişçilərlə ünsiyyət qurmağa yönələn “Azcloud ScaleUp” əsasən yeddi prioritet sahə – aqrar, təhsil, tibb, “ağıllı” ölkə, ekologiya, oyun və onlayn ticarət üzrə layihələrə dəstək göstərəcək.
“Azcloud ScaleUP” proqramına startaplarla yanaşı, tərəfdaş olmaq istəyən təşkilatlar və şirkətlər də müraciət edə biləcək. Ekosistem proqramları və rəqəmsal transformasiya üzrə layihələrdə startaplara dəstək olaraq “AzInTelecom” MMC ilə inkubasiya, akselerasiya mərkəzləri, vençur fondları və digər aidiyyəti təşkilatlar arasında Anlaşma memorandumlarının imzalanması nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində aparılan ardıcıl islahatlarda önəmli rol oynayan “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarına malik ilk əlçatanlıq zonası əsasında “AZCLOUD bulud”, “AZCLOUD Enterprise” və “Hökumət həlləri” xidmətləri göstərir.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
6 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
-
15 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 17 saat əvvəl
-
17 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
18 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Ən çox oxunanlar
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!














.jpg)



