Koronavirus beyin toxumalarımızı məhv edir - YENİ ARAŞDIRMA
Sağalan xəstələrdə yaranan uzun müddət iybilməmə problemi də burdan irəli gəlir...Ötən ildən dünyanı bürüyən koronavirus pandemiyası təkcə ölüm və orqanizmə ciddi ziyan vurmaq riski daşımır, həmçinin beyin toxumalarımızı da ciddi şəkildə zədələyir.
Marja xəbər verir ki, Böyük Britaniyada aparılan son tədqiqatlar maraqlı və narahatlıq doğuran məqamları üzə çıxarıb.
Oksford Universitetinin və bir sıra aparıcı ingilis tibb müəssisələrinin apardığı birgə araşdırma zamanı 500-ə yaxın şəxsin koronavirusa yoluxmadan əvvəl və sonra beyin tomoqrafiyası çəkilib və ətraflı tədqiq olunub. Nəticələr beyin toxumasının xəstəlik səbəbindən ciddi şəkildə itirildiyini göstərir. Əsas zədələnmə baş beyində qoxu və iybilmə funksiyasını təmin edən hissələrə yaxın yerləşən kortikal toxumada baş verir.
Tədqiqatın nəticələri barədə ABŞ-ın Qida və Dərman vasitələri İdarəsinin sabiq rəhbəri (2017-2019), hazırda ən iri qlobal vaksin istehsalçılarından olan Pfizer-in və bir sıra tibbi startap şirkətlərinin Direktorlar Şurasının üzvü doktor Skott Qottlieb həm öz Tvitter səhifəsində, həm də CNBC televiziyasına müsahibəsində ətraflı məlumat verib.
“Kortikal toxumanın azalması məhz beynin iy-qoxu funksiyasına cavabdeh olan hissələrinə yaxın bölgədə baş verir. Bu, uzunmüddətli prosesin sadəcə ilk simptomlarıdır. Siz tədricən iybilmə qabiliyyətinizi bərpa edəcəksiniz, lakin itirilən beyin toxumasını geri qazanmaq mümkün olmayacaqdır.” - doktor Gottlieb bildirib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















