Bu müəssə məhsuldarlığı psixoloqlar ilə artıracaq - Azərbaycanda
“Gəncə Avtomobil Zavodu” İB və “Azərbaycan siyasi psixologiya Mərkəzi” müəssisədə əmək məhsuldarlığının artırılması məqsədilə əməkdaşların fərdi potensiallarının inkişaf etdirilməsi üzrə treninqlərin keçirilməsi barədə saziş imzalayıb.
“Gəncə Avtomobil Zavodu” İB-nin müşahidə şurasının rəhbəri Xanlar Fətiyev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış Strateji yol xəritəsinə müvafiq olaraq iqtisadiyyatın yeni modelinə keçid şəraitində təkcə istehsalat prosesini yox, həm də “insan kapitalını” inkişaf etdirmək lazımdır.
X.Fətiyev deyib: “Strateji sənəddə qeyd olunur ki, “İnsan kapitalı əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımda, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsində və ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayır. Buna nail olmaq üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, şirkətlərin araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi tələb olunur”.
Yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün müəssisənin işçiləri üçün onların peşəkarlığının artırılmasına yönəlmiş treninqlər təşkil olunacaq. Bu strateji əhəmiyyətli məsələ siyasi psixologiya mərkəzi ilə birgə həyata keçiriləcək. Bu mərkəz Azərbaycanın siyasi əlaqələrinin dünyada “yumşaq güc” yolu ilə inkişaf etdirməsi ilə yanaşı, testlər, treninqlər, psixoloji menecmentlər vasitəsilə insan potensialının inkişafının yeni üsullarını həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























