Dünyanın ən iri superyaxtasında evə sahib olmaq - QİYMƏT
Ən ucuz mənzilin qiyməti 11 milyon dollardan başlayır.Dünyanın yeni, ən iri superyaxtası Somnio göyərtəsindəki lüks mənzillərin satışına başladığını elan edib.
Marja xəbər verir ki, 220 metr uzunluğunda nəhəng yaxtanın investorları 39 lüks mənzili maraqlı səyahətə çıxmaq və eləcə də tam komfortdan istifadə etmək istəyənlər üçün təklif etdiklərini bildiriblər. Mənzillərin satışı 9,5 milyon avrodan (11,3 milyon dollardan) başlayır.
2024-cü ildə tam hazır olacaq Somnio hazırkı ən iri yaxta rekordunun sahibi, Abu-Dabi şeyxlərinin ailəsinə məxsus Azzam-dan 40 metr uzun olacaq. Layihənin rəhbəri Amerikalı milyoner Karl le Souef-dir. Yaxtanın 10 min şüşəlik şərab zirzəmisi və çimərlik klubu, eləcə də dəniz ekologiyasını araşdırmaq üçün müasir cihazları və alim heyəti olacaq.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən bütün səyahət gəmilərinin fəaliyyəti 2020-ci ilin martından qadağan olunmuş, onlar yalnız bu yaxınlarda yenidən üzməyə başlamışlar. Dünyanın ən iri səyahət gəmilərini inşa edən Carnival şirkəti ötən həftə bu ilin birinci rübündə 2 milyard dollar zərər etdiyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








