"AccessBank"ın birinci müavini təyin edildi
Anar Həsənov Bankın İdarə Heyətinin sədrinin birinci müavini təyin edilib
"AccessBank"dan "Marja"ya daxil olmuş məlumata görə, Anar Həsənov İdarə Heyəti sədrinin 1-ci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub.
Bankçılıq sahəsində zəngin təcrübəyə malik olan A.Həsənov bundan öncə sədrin müavini vəzifəsini tuturdu. AccessBank-ın fəaliyyətə başladığı tarixdən etibarən Bankda çalışan A.Həsənov Bankın inkişaf etməsində böyük rola malikdir. O, İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin “Maliyyə” bölümündə təhsil alıb və, həmçinin, Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib.
Bundan başqa, AccessBank-a 4 yeni icraçı direktor təyin edilib. Belə ki, Elşən Pirmalıyev bankın Pərakəndə və biznes müştəriləri üzrə icraçı direktoru, Səbinə Qurbanova Rəqəmsal Bankçılıq və Məsafədən Xidmətlər üzrə icraçı direktor, Aynur Süleymanlı İnsan resursları, administrasiya və təhlükəsizlik üzrə icraçı direktor, Nizami Qədirov Risk idarəçiliyi və tədqiqatlar üzrə icraçı direktor təyin olunub.
Qeyd edək ki, hazırda bankın 6 icraçı direktoru var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
4 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
4 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
8 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















