1996-cı ilin oyunu rekord qiymətə satılıb
Bir zamanlar çoxlarının sevimlisi olan oyun dəsti ağzı açılmadan 25 il saxlanılıb...Ötən həftəsonu ABŞ-da Heritage auksion şirkətinin təşkil etdiyi hərracda indiyə qədər ən bahalı oyun satışı baş tutub.
Marja xəbər verir ki, uzun müddət Nintendo şirkətinin ən məşhur oyunlarından biri olan Super Mario-nun 1996-cı il versiyası - Super Mario 64 oyun dəsti rekord qiymətə - 1,5 milyon dollardan baha satılıb.
Super Mario 64 həmin dövrdə 3D effektlərinə malik ilk oyunlardan biri olub və video-oyun sənayesində yenilikçilərdən biri kimi tanınır. Qiymətin belə baha olmasına səbəb həm də nadir nüsxənin 25 il ağzı açılmadan saxlanmasıdır.
Bu satışla iylun 9-da qeydə alınan daha bir rekord yenilənib. Xatırladaq ki, həmin tarixdə Nintendo şirkətinin daha bir məşhur oyunu - “The Legend of Zelda”-nın 1987-ci ildə buraxılmış versiyası 870 min dollara satılmışdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























