Azər Türk Bank-da 664 milyon manat ekvivalentində köçürmələr!
Azər Türk Bankın mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin dörd ayı ərzində Bank tərəfindən pul köçürmələri sistemləri vasitəsilə 73 min 628 əməliyyat yerinə yetirilmişdir. Müxtəlif valyutalarda daxil olan və göndərilən bu köçürmələrin məbləği 663,7 milyon manat ekvivalentindədir.
“Bankın dünyanın aparıcı maliyyə-kredit təşkilatları, o cümlədən Citibank (ABŞ), Raiffeisenbank AG (Avstriya), Commerzbank AG (Almaniya), T.C.Ziraat Bankası A.Ş.(Türkiyə) kimi iri banklarla müxbir əlaqələri mövcuddur ki, bu da köçürmələrin qısa zaman ərzində və ən başlıcası təhlükəsiz yerinə yetirilməsinə təminatdır”, - Azər Türk Bankın məlumatında deyilir .
Səhmlərinin əsas hissəsi Azərbaycan və Türkiyə dövlətlərinə aid olan Azər Türk Bankın risk dərəcəsi üzrə ölçülmüş aktivlərinin səviyyəsi, məcmu kapitalın adekvatlığı, ROA və ROE əmsalına və digər göstəricilərinə görə ölkə bankları içərisində birinci onluğa daxildir.
Hazırda Bank qarşıya qoyulmuş strateji vəzifələri yerinə yetirir, biznesin səmərəli idarə olunması sayəsində ölkə maliyyə bazarının əsas seqmentlərində mövqelərini daha da möhkəmləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























