"Rusiyaya az məhsul göndərildiyi üçün bu il qiymətlər aşağıdır"
Xaçmazlı təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Hazırda bağlardan şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılır.
Bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını 50-90 qəpiyə satırlar.Amma ötən illərə nisbətən meyvənin alıcılıq qabiliyyəti aşağı düşüb. Təsərrüfatçılar bunu Rusiya bazarlarına az məhsul göndərilməsi ilə əlaqələndirirlər.
Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 800 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir.
Nərəcan kənd sakini Ramazan Quliyev bildirib ki, bağlarda meyvənin tez yetişən növlərinin yığımı yekunlaşmaq üzrədir. Hava şəraitinin mülayim keçməsi və zərərvericilərə qarşı görülən tədbirlər məhsuldarlığa müsbət təsir göstərib. Fermerin sözlərinə görə, Nərəcanda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır. Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsi qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır.
Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək.
Ümumilikdə, Xaçmaz rayonunda 2 min 748 hektara yaxın şaftalı bağı var ki, bunun da 2400 hektarı barverəndir. Hər il rayon bağlarından 7 min tondan çox şaftalı toplanır.
Marja.az Telegramda: https://t.me/marjaaz
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)





