Nazir günəbaxan əkən fermerlərlə görüşüb
İyulun sonu, avqustun əvvəllərində günəbaxan sahələrində məhsul yığımına start veriləcək. Kənd təsərrüfatı naziri İnam Kərimov yığım ərəfəsində günəbaxan əkini ilə məşğul olan fermerlərlə görüşüb.
Samux rayonunun Alıuşağı kəndində keçirilən görüşdə məhsul yığımına hazırlıq prosesi, yığılmış məhsulun satışı, günəbaxan toxumçuluğu, sahələrdə bitki mühafizə tədbirləri, suvarma məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu il Azərbaycanda 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Ötən il sahələrdən orta hesabla 22,4 sentner məhsul yığılıb, düzgün aqrotexniki tədbirlərin aparılması nəticəsində bu il orta məhsuldarlığın daha yüksək olacağı gözlənilir. Günəbaxan əkinlərinin əsas hissəsi Gəncə-Qazax iqtisadi rayonun payına düşür. Bu il Samux rayonunda 1791 hektar sahədə günəbaxan əkilib, avqustun ilk günlərindən samuxlu fermerlər məhsul yığımına başlayacaqlar.
Fermerlərin qaldırdığı məsələlər və səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Nazir İnam Kərimov səfər çərçivəsində rayon mərkəzində yerləşən heyvandarlıq müəssisəsinə, Sərkar kəndində salınmış intensiv şaftalı, nektarin, gilas, ərik və gavalı bağlarına, təkrar qarğıdalı əkinlərinə baş çəkib. Təsərrüfatlarda fermerlərlə açıq sahələrdə keçirilən görüşlərdə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər, təkrar əkinlərin əhəmiyyəti və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 35 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)











.jpg)



