Qeyri-ərzaq mallarının satışı ilə bağlı yeni Qaydalar təsdiq olundu - YOXLANDIQDAN SONRA...
Qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı (AZC) vurulacaq! Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edərək sərbəst satışı həyata keçirə biləcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq.
Texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində Nazirlər Kabineti tərəfindən bir sıra Qaydalar təsdiq olunub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Marja-ya daxil olmuş məlumata görə, yeni Qaydaların tətbiqi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsinə, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, ticarətdə texniki maneələrin aradan qaldırılmasına və malların rəqabət qabiliyyətliyinin artırılmasına xidmət edəcək.
Yeni Qaydalara görə, qeyri-ərzaq mallarının təhlükəsizliyinin təmin edilməsi üçün risk əsaslı yanaşma tətbiq olunacaq. Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edərək sərbəst satışı həyata keçirə biləcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq.
Qaydalara əsasən, müvafiq qurumlar və sahibkarlar uyğunluq setifikatlarının və ya bəyannamələrinin tərtibi ilə əlaqədar qərar qəbul etdikləri gün bu barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Nazirliyinin reyestrinə daxil edilən uyğunluq setifikatları və ya bəyannamələri əsasında texniki sənədlərə və qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı vurula bilər. Azərbaycan uyğunluq nişanı - AZC hərfləri ( "Azerbaijan Conformity" Azərbaycan dilinə tərcümədə "Azərbaycan uyğunluğu") ilə təqdim olunur.
Qeyd edək ki, malların risk qruplarının təyin edilməsi meyarları barədə təkliflər İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
8 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
8 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
9 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 9 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
