Bu il PAŞA Holding və törəmə şirkətlərinin sosial məsuliyyət yönümlü gördüyü işlər açıqlandı
Daim Korporativ Sosial Məsuliyyət siyasəti və fəaliyyəti ilə fərqlənən PAŞA Holding və onun törəmə şirkətləri 2021-ci ildə də bu istiqamətdə fəal şəkildə layihələr icra etməyə davam edir.
Şirkətin yaydığı məlumata görə, 2021-ci ilin ikinci rübündə Şirkətlər Qrupunun KSM strategiyasının əsas fokuslarından biri işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasına töhfə vermək, eləcə də Qarabağ Müharibəsi zamanı zərər çəkən şəxslərə dəstək göstərmək idi.
Bu məqsədlə, Kapital Bank və "Qırmızı Ürəklər" ("Red Hearts") Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında "Vətən Bağı" layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərinin sayına uyğun ağac əkilib. Qeyd edək ki, sözügedən təşəbbüsə PAŞA Holding də qoşulub. Eyni zamanda, PAŞA Bank və PAŞA Həyat, "BeləBeləİşlər" media şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın dini və mədəni irsinə, Qarabağın tarixinə, eləcə də şəhidlərə həsr olunmuş çarxların buraxılması təşəbbüsünə ikinci rüb ərzində də davam edib. Bundan əlavə, may ayında PAŞA Həyat və PAŞA Holding şirkətləri Qarabağ və şəhidlərə həsr olunmuş unikal vahid fotobank yaradaraq istifadəyə verib. Sözügedən platforma vasitəsilə hər bir istifadəçi mövzu üzrə istənilən məlumatla tanış olub paylaşa, həmçinin mövcud məlumatı yeniləyə və zənginləşdirə bilər.
Qeyd edək ki, PAŞA Holding və onun törəmə şirkətləri 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü də eyniməqsədli sosial layihələr icra edib. Belə ki, PAŞA Holding, PAŞA Həyat və PAŞA Sığorta 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə şəhid, qazi, eləcə də müharibədən zərər görmüş ailələri ziyarət edib və bu ailələrdən olan 100-dən çox övladı sevindirməyə çalışıb. Bundan əlavə, PAŞA Sığorta şirkəti ötən il Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar başladığı "Güvənli Gələcək" adlı sosial layihəni bu il də davam etdirib. Layihənin təşkil olunmasında əsas məqsəd paytaxtımız və bölgələrimizdə yerləşən uşaq evləri, sığınacaqlar və aztəminatlı ailələrin uşaqları üçün təhlükəsizlik üzrə təlimlərin keçirilməsidir. Kapital Bank və "Qırmızı Ürəklər" ("Red Hearts") Xeyriyyə Fondu öz növbəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Daun sindromlu şəxslər üçün layihə həyata keçirib. "Hər şey mümkündür!" adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etmək idi.
Qeyd edilib ki, holdinqin şirkətlərinin önəm verdiyi sahələrdən biri təhsil sahəsidir. 2021-ci ilin ikinci rübü ərzində PAŞA Həyat şirkəti ADA Universiteti ilə, PAŞA Bank isə Bakı Dövlət Universiteti ilə əməkdaşlıq barədə memorandum imzalayıb. Şitkətlərimiz ölkədə təhsilə və gənc nəslin karyera inkişafına töhfə vermək məqsədilə sözügedən universitetlərlə müştərək layihələrin icrasını planlaşdırır. Qeyd edək ki, bu dönəm ərzində PAŞA Holding tərəfindən ADİU və ADA Universitetinin 4-cü kurs və yeni məzun olmuş tələbələri üçün Virtual Karyera Sərgisi həyata keçirilmişdir. Sərginin açılış mərasimində PAŞA Holding, PAŞA Bank, Kapital Bank, PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri tərəfindən müraciət etmiş tələbələrə şirkətlər barədə ilkin təqdimat edilmişdir. Daha sonra, şirkətlər barədə artıq kifayət qədər məlumatlı olan tələbələr onlara daha maraqlı olan bizneslərin audit, maliyyə, İT, insan resursları, marketinq və digər sahələrinə müraciət edərək müsahibələrdən keçiblər və onları uğurla tamamladıqları halda, həmin şirkətlərdə təcrübə proqramı keçmək və daha sonra işləmək imkanı əldə ediblər.
Yuxarıda qeyd olunan istiqamətlərə əlavə olaraq, Şirkətlər Qrupu digər sahələrdə də müxtəlif sosial məsuliyyət yönümlü layihələr icra edib. Belə ki, yay fəslinin gəlməsini, həmçinin ölkə ərazisində xüsusi karantin rejiminin yumşalmasını nəzərə alaraq, 5 iyun Ümumdünya Ətraf Mühit Günü Kapital Bank-ın baş ofisinin, eləcə də Qərb zonasında olan filiallarının əməkdaşları tərəfindən Xoşbulaqda "Təbiət evimizdir. Evimizi təmiz saxlayaq!" şüarı altında təmizlik işləri aparılıb. Təmizlik aksiyası çərçivəsində qeyd olunan əraziyə böyük və orta ölçülü olmaqla ümumilikdə 50-dək məişət tullantısı konteynerləri və qutuları yerləşdirilib. PAŞA Bank öz növbəsində, əlilliyi olan şəxslərin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, o cümlədən cəmiyyətə inteqrasiyasına və işlə təmin edilməsinə dəstək verməyi hədəfləyən "PAŞA Bank ilə başla" adlı layihə icra edib. Layihənin təşkilati dəstəkçisi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ADA Universiteti çıxış edir. Bundan əlavə, Həm PAŞA Bank, həm də PAŞA Həyat şirkətinin əməkdaşları Ramazan bayramı ərəfəsində Sumqayıt şəhərində məskunlaşmış ahıllarla görüşüb və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilən bu təşəbbüs çərçivəsində ümumilikdə 50 ailəyə bayram sovqatının təqdim olunmasında iştirak ediblər.
Qeyd edək ki, xaricdəki törəmə şirkətlərimiz də öz sosial məsuliyyətlərini dərk edərək bu istiqamətdə işlər görməyə davam edirlər. Belə ki, PAŞA Bank Gürcüstan, ADA Universitetində Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlığa həsr olunmuş vebinarların təşkil olunmasını maliyyələşdirir. Layihənin məqsədi Qarabağ müharibəsindən sonrakı dövrdə Gürcüstan-Azərbaycan arasında strateji əlaqələri nəzərdən keçirmək, eləcə də regional sabitlik və inkişaf üçün Tbilisi ilə Bakı arasındakı strateji fəaliyyətin əhəmiyyətini vurğulamaqdır. d
Bundan əlavə, PAŞA Bank Türkiyə öz növbəsində Türkiyənin Təhsil Könüllüləri Vəqfi (TTKV) ilə birgə "Don't Waste, Donate" layihəsində iştirak edib. 2017-ci ildən həyata keçirilən bu layihə çərçivəsində fərdi və korporativ donorlardan toplanan elektron tullantılar Ətraf mühit Nazirliyinin icazəsi ilə təkrar emal edilir və əldə olunan gəlir TTKV-nə köçürülür. Qeyd edək ki, 4 il ərzində "Don't Waste, Donate" layihəsi çərçivəsində 250 tondan çox elektron tullantı təkrar emal edilib və 3000-dən çox uşaq ixtisasları üzrə təhsil dəstəyi ilə təmin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
9 d. əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
15 d. əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
20 d. əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
42 d. əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
1 saat əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti




















