Messi PSJ-də maaşının bir hissəsini kriptovalyutada alacaq
Klubun “Azarkeş Tokeni” superulduzun gəlişi ilə ikiqat bahalaşıb...Fransanın PSJ futbol klubuna keçən Argentinalı futbol ulduzu Lionel Messi ilə sövdələşmənin yeni maraqlı detalları məlum olub.
Marja fransız komandasının rəsmi açıqlamasına istinadla xəbər verir ki, superulduza illik maaşın bir hissəsi PSJ-nin buraxdığı “PSG Fan Token”lərlə ödəniləcək.
Dünənki mətbuat konfransında Messinin PSJ ilə 2 illik müqavilə imzaladığı (üçüncü mövsum uzadılması imkanı ilə), birdəfəlik 30 milyon dollar ödəniş, ildə isə 41 milyon dollar maaş alacağı bildirilib. Klub bugünkü açıqlamasında ulduz oyunçunun maaş və bonus paketinə 2020-ci ilin əvvəlində Socios.com platforması ilə birgə yaradılan kriptovalyutanın da daxil edildiyini bəyan edib.
Messinin Parisə gəlişi ilə PSJ-nin “Fan Token”i cəmi bir günə ikiqat bahalaşıb.
Xatırladaq ki, digər bir superulduz, Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2018-ci ildə italyan komandası Juventus-a keçəndə klub 24 saat ərzində onun futbol köynəyinin satışından 60 milyon dollar gəlir əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)






.jpg)







