Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

30 il öncə 100 ədəd buraxılan, 390 km sürülən avtomobil rekord qiymətə satılıb

Bu ilin ən bahalı hərracı, vaxtilə dünyanın ən sürətli maşını....
iç səhifə xəbər başlığı altı (mobil)_31
30 il öncə 100 ədəd buraxılan, 390 km sürülən avtomobil rekord qiymətə satılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən həftəsonu Kaliforniyada keçirilən hərracda bu ilin ən bahalı satışı gerçəkləşib.

Marja xəbər verir ki, Böyük Britaniyanın McLaren şirkətinin istehsalı olan F1 modeli rekord qiymətə - 20,5 milyon dollara satılıb.Bu, 2021-ci ildə qeydə alınmış ən bahalı satışdır.

Formula 1 idman yarışı üçün xüsusi super avtomobillər (bolidlər) istehsal edən McLaren müştərilərin həddən artıq böyük marağına görə idman avtomobilini lüks kabriolet konsepsiyası ilə birləşdirərək, F1 modelini satışa buraxıb. 1991-1998-ci illərdə cəmi 106 ədəd istehsal edilən avtomobilin o vaxtkı qiyməti 1 milyon dollardan başlayırdı.

6 litrlik, 600 at gücündən artıq mühərrikə sahib olan F1-in maksimal sürəti 386 km/saat olmaqla, 2000-ci illərin ortalarına qədər dünyanın ən sürətli avtomobili hesab olunurdu.

Həftəsonu hərraca çıxarılan nüsxə cəmi 390 km sürülərək, uzun illər qarajda saxlanılıb. Buna görə də daha böyük maraq oyadan avtomobil indiyə qədər ən baha qiymətə satılan F1 modelidir.

McLaren Formula 1 idman yarış
16.08.2021 09:04
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18