"Hepsiburada"nın satışları kəskin artıb
NASDAQ birjasında kotirovka olan ilk və tək Türkiyə şirkəti olan "Hepsiburada"nın platforma satışları 2021-ci ilin ilk altı ayında keçən ilin eyni dövrü ilə müqayisədə 58,2% artaraq 10,4 milyard türk lirəsinə (TL) (2,1 milyard manat) çatıb.
MArja xəbər verir ki, "Hepsiburada"nın satışları ilin ikinci rübündə (aprel-iyun) isə 38.2% artımla 5.9 milyard lirə (1,2 milyard manat) təşkil edib.
İkincin rübdə "Hepsiburada"dakı sifariş sayları 37.9% artaraq 13.1 milyona çatıb. 2021-ci ilin ilk 6 ayında isə sifariş sayları 2020-nin eyni dövrü ilə müqayisədə 43.9% artıb.
Şirkətin gəlirləri isə 2020-nin ikinci rübü ilə müqayisədə 5.2% artaraq 1 milyard 754,7 milyon lirə (355 milyon manat) təşkil edib.
Hepsiburada, 2021-ci ildə cəmi platforma satışlarının 28-29 milyard türk lirəsi (təxminən 6 milyard manat) səviyyəsində reallaşmasının gözlənildiyini açıqlayıb.
"Hepsiburada"nın Baş direktoru Murad Emirdağ, "Bu gün cəmi platforma satışlarımızın təxminən 70%-ini "Hepsiburada" bazar yerində mağaza açan kiçik və orta sahibkarlar (KOB) reallaşdırır. Qarşıdakı dövrdə də KOB-larımız ilə birlikdə böyüməyə davam edəcəyik", - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)





