Rusiyada yeni fırıldaqçılıq növü: stendap-şou və teatr adı altında insanları soyurlar
Bir “bilet”ə görə qiymət 2-8 min rubl arasında dəyişir...Son aylarda Rusiya internet bazarında müxəlif formada fırıldaqçılıq halları daha da genişlənib.
Marja xəbər verir ki, hazırda ən çox yayılmış üsul stendap-şou və teatr tamaşalarına bilet satışı adı altında bank kartlarından vəsait oğurlanmasıdır.
Mexanizm maraqlıdır: Rusiyada məşhur olan teatrların saytlarının bənzəri yaradılır və saytın dizaynı, strukturu, kontenti tamamilə eyni olur. Afişada olan “tamaşa”ya bilet almaq üçün vətəndaşlar saxta ödəniş sisteminə yönəldilir və ödəniş edərək “bilet” alır. Tamaşaya baxmaq üçün teatra getdikdə isə aldadıldıqlarını öyrənirlər.
Oxşar üsul stendap-şoulara bilet satışında da tətbiq olunur. Son 1 il ərzində bu tipli komediya şoularına tələbat 2,5 dəfə artıb. Fırıldaqçılar isə vətəndaşların marağından məharətlə istifadə edir. Saxta teatr və şou bileti təklif edən saytların sayı yay mövsümünün əvvəlində 32 idisə, hazırda 350-dən çoxdur.
Vətəndaşlardan bir dəfəyə oğurlanan vəsait regionlarda 2 min rubl, Moskva və digər iri şəhərlərdə isə 8 min rubla qədər dəyişir.
Rusiyada geniş yayılmış internet fırıldaqçılığından biri də koronavirus əleyhinə saxta peyvənd pasportlarının satışıdır. Ölkənin istehlakçı hüquqları üzrə rəsmi qurumu - Роскомнадзор son 1 ayda saxta peyvənd pasportu təklif edən minə yaxın sayt və səhifəni bloklayıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 26 d. əvvəl
- 35 d. əvvəl
-
46 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)





.jpg)






.jpg)



