Açıq havada işləyən kafelərdə peyvənd pasportu tələb ediləcək? - YENİLƏNİB
Məlum olduğu kimi, bu gündən etibarən COVID-19 pasportu olmayan şəxslər ictimai iaşə müəssisələrinə, o cümlədən restoran və kafelərə buraxılmır. Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər sentyabrın 1-dən etibarən ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
Kafe və restoranların bir çoxu həm də açıq havada xidmət göstərir. Bəs açıq havada xidmətdən istifadə edən vətəndaşlardan necə, COVID-19 pasportu tələb olunacaqmı?
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı bildirib ki, qərar açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil: “COVID-19 pasportu tələbi rəsmi qərara əsasən, yalnız qapalı məkanlara aiddir”.
***
Maraqlıdır ki, Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarında pasport tələbinin qapalı məkanlara aid olunduğu qeyd edilib. Daxili İşlər Nazirliyi sonradan açıqlamasına dəyişiklik edərək açıq havada fəaliyyət göstərən kafe və restoranlarda COVID-19 pasportunun tələb olunmayacağını açıqlayıb.
Sözügedən məsələ ilə bağlı dəqiqləşdirmə aparmaq üçün bir neçə kafe və restoranla əlaqə saxlasa da, onlar da peyvənd pasportu tələbinin həm qapalı, həm də açıq xidmətə aid olduğunu bildiriblər. Bir daha qeyd edirik ki, bu gündən etibarən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
Telegramda Marja.az səhifəsinə abunə olun
©️ “Qafqazinfo”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 8 saat sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















