Son 50 ildə 4 trilyon - TƏBİƏTİN QƏZƏBİ
Hər gün 115 ölü, 200 milyon dollardan çox ziyan...Son 50 ildə (1970-2019) hava, iqlim və su ilə əlaqədar təhlükələr bütün fəlakətlərin (o cümlədən texnogen) 50%-dən çoxunu təşkil edir.
Marja xəbər verir ki, bu barədə Ümümdünya Meterologiya Təşkilatının yeni hesabatında qeyd olunur. Nəticədə qlobal iqtisadiyyata 4 trilyon dollara yaxın ziyan dəyib.
Bu ziyanın əksər hissəsini inkişaf etmiş ölkələr çəksə də, ölüm halları daha çox inkişaf etməkdə olan və yoxsul ölkələrin payına düşür. Orta hesabla son 50 ildə fəlakətlərə görə hər gün 115 insan həyatını itirib (cəmi 2,06 milyon nəfər). Günlük ziyan isə 200 milyon dollardan çox olub.
Ən çox insan itkisinə səbəb olan hadisələr quraqlıq (650 min nəfər, ən çox Afrika), qasırğalar (577 min 232 ölüm), sel və daşqınlar (59 min nəfər) və həddən artıq isti hava (56 min nəfərə yaxın) olub. İqtisadi ziyan baxımından isə qasırğalar (521 milyard dollar) və daşqınlar (115 milyard dollar) liderlik edir.
Ən çox insan ölümünə səbəb olan 10 hadisə (1970-2019)
Quraqlıq, 1983, Efiopiya - 300 min nəfər
Qasırğa (Bola), 1970, Banqladeş - 300 min nəfər
Quraqlıq, 1983, Sudan - 150 min nəfər
Qasırğa (Qorki), 1991, Banqladeş - 138 min 866 nəfər
Qasırğa (Nargis), 2008, Myanma - 138 min 366 nəfər
Quraqlıq, 1973, Efiopiya - 100 min nəfər
Quraqlıq, 1981, Mozambik - 100 min 866 nəfər
Yüksək temperatur, 2010, Rusiya - 55 min 736 nəfər
Daşqın, 1999, Venesuela - 30 min nəfər
Daşqın, 1974, Banqladeş - 28 min 700 nəfər
Ən çox iqtisadi ziyan vuran 10 hadisə (1970-2019)
Qasırğa (Katrina), 2005, ABŞ - 163,61 milyard dollar
Qasırğa (Harvey), 2017, ABŞ - 96,94 milyard dollar
Qasırğa (Mariya), 2017, ABŞ - 69,39 milyard dollar
Qasırğa (İrma), 2017, ABŞ - 58,16 milyard dollar
Qasırğa (Sandy), 2012, ABŞ - 54,47 milyard dollar
Qasırğa (Endryu), 1992, ABŞ - 48,27 milyard dollar
Daşqın, 1998, Çin - 47,02 milyard dollar
Daşqın, 2011, Tayland - 45,46 milyard dollar
Qasırğa (İke), 2008, ABŞ - 35,63 milyard dollar
Daşqın, 1995, Şimali Koreya - 27,17 milyard dollar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)








.jpg)







