Azərbaycanın tanınmış şərab şirkətinin sədri daxil rəhbərliyi seçiləcək
25 oktyabr 2021-ci il tarixində “Abşeron-Şərab” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Marja şirkətin İdarə Heyətinə istinadən xəbər verir ki, səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə aşağıdakılar daxil edilmişdir:
1. Cəmiyyətin 2020-ci ildə fəaliyyyəti haqqında illik hesabatının təsdiqi.
2. Cəmiyyətin yenidən təşkil qaydasında qapalı səhmdar cəmiyyətinə çevrilməsi.
3. “Abşeron-Şərab” QSC-nin nizamnaməsinin təsdiqi.
4. “Abşeron-Şərab” QSC-nin idarə heyətinin üzvlərinin və sədrinin seçilməsi.
5. “Abşeron-Şərab” QSC-nin təftiş komissiyasının seçilməsi.
6. “Abşeron-Şərab” QSC-nin direktorlar şurasının üzvlərinin seçilməsi.
Ümumi yığıncaq AZ0118, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, 1 ünvanında Cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
Səhmdarlar ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlər üzrə materiallarla AZ0118, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, 11 ünvanında Cəmiyyətin mühasibatlığında şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə tanış ola bilərlər.
Məlumat üçün bildirək ki, əsası 1967-ci ildə qoyulmuş Mehdiabad Üzüm Emalı müəssisəsi 2013-cü ildən “Abşeron-Şərab” ASC kimi yenidən fəaliyyətə başlamışdır. 2018-ci ildə Azərbaycanın şərab istehsalçıları arasında ən çox məhsul ixracını “Abşeron-Şərab” ASC həyata keçirib. Azərbaycanın şərab ixracının artırılmasına şirkətin verdiyi töhfə qiymətləndirilib. Belə ki, “Abşeron-Şərab” İqtisadiyyat Nazirliyi tərəfindən “İlin şərab ixracatçısı” adına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)




