Neft 25 dollar ucuzlaşsa Azərbaycan illik 6 milyard manata yaxın itirəcək - HÖKUMƏTDƏN HESABLAMA
“Neftin qiymətinin və hasilat həcmlərinin azalması ilə bağlı risklər Neft sektorunun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisinin hələ də yüksək olması neft qiymətlərinin aşağı düşməsi və hasilatın azalması risklərinin də hər zaman nəzərə alınmasını tələb edir. Ölkəmizdə neftin hasilatına təsir edə bilən faktorlar kimi, neft quyuları üzrə ortamüddətli dövrdə nəzərdə tutulmayan əsaslı təmir işləri, qazma və hasiletmə üzrə fasilələr (texniki qəza və sair səbəbdən), habelə OPEC+ çərçivəsində ölkəmiz tərəfindən hasilatın məhdudlaşdırılması üzrə götürülə bilinəcək öhdəliklərlə bağlı risklər daxildir. Qeyd olunan amillər neft hasilatının həcminin 2-4 faiz azalmasına səbəb ola bilər”.
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da bildirilir.
Açıqlamada qeyd edilib ki, neft qiymətlərinin dəyişkənliyinə (volatilliyinə) dövlət maliyyəsi və ortamüddətli dövrdə büdcə gəlirləri daha çox həssasdır. Dövlət büdcəsinin tərtibi zamanı Dövlət Neft Fondunan dövlət büdcəsinə transfertin həcminin xarici valyutada deyil, manat ifadəsində müəyyən olunması qlobal əmtəə bazarlarında yaranmış neft qiymətləri üzrə volatilliyin dövlət büdcəsinə birbaşa təsirinin azalmasına xidmət edir. Beləliklə, dövlət büdcəsinin neft gəlirlərinin mühüm komponenti olan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği neftin qiyməti, hasilat həcmi və valyuta məzənnəsinin dəyişkənliyi ilə bilavasitə bağlı olmadığından növbəti ilin dövlət büdcəsinin neft gəlirləri üzrə mədaxili bir növ sığortalanır. Bununla belə, neft qiymətlərinin kəskin düşməsi və bir büdcə ilindən artıq müddət ərzində aşağı səviyyədə qalması Dövlət Neft Fondunun gəlirlərini azaltmaqla aktivlərinin daha surətlə tükənməsinə gətirib çıxara bilər.
Qeyd olunmalıdır ki, ortamüddətli dövr üzrə büdcə parametrlərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiymətinin beynəlxalq maliyyə institutlarının və agentliklərinin proqnozlarından aşağı götürülməsi neftin qiyməti ilə bağlı risklərin qarşılanmasına (mitiqasiyasına) xidmət edir.
Hesablamalara əsasən, neftin qiymətinin orta hesabla 5 ABŞ dolları aşağı düşməsi icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik 1,5 milyard manat azalmasına gətirib çıxarır. Neftin bir barelinin satış qiyməti 25 ABŞ dollarınadək düşərsə ortamüddətli dövrdə icmal büdcənin gəlirləri proqnozla müqayisədə orta hesabla illik 5,9 milyard manat az olmasına səbəb ola bilər.
Neft qiymətlərinin bir ildən yuxarı müddət ərzində baza qiymətlər ssenarisindən 10 dollar və daha çox enməsi və bir il ərzində həmin səviyyədə qalması nəzərdə tutulandan əlavə borclanmanın və ya Dövlət Neft Fondundan transfertin, yaxud da qeyd olunan hər iki tədbirin kombinasının həyata keçirilməsini şərtləndirir. Xərclərin azaldılması ilk növbədə büdcə qanunvericiliyinə uyğun olaraq müdafiə olunmayan xərclərin – investisiya xərclərinin aşağı salınması hesabına təmin edilməli olacaqdır. Göründüyü kimi, neft qiymətlərinin aşağı səviyyədə olması riskinin mitiqasiyası büdcə xərcləri hesablanarkən neft qiymətlərində konservativ yanaşmanı şərtləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 59 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)






.jpg)
