Bank Respublika 25 yaşını qeyd etdi!
Müstəqil Azərbaycanın ilk banklarından olan Bank Respublika-nın 25 yaşı tamam oldu. Bank 22 May 1992-ci ildə təsis olunub və fəaliyyətinin ilk vaxtlarından müştərilərin rəğbətini qazanmışdır.
Bu gün Bank Respublika ölkə banklarının ilk onluğunda yer tutur və “Sizə Faydalı” şüarına sadiq qalaraq fiziki, həmçinin hüquqi şəxslərə effektiv maliyyə xidmətlərini tam çeşiddə təqdim edir.
Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.
Yubiley münasibətilə bank bir çox sürprizlərlə öz müştərilərini bütün il boyu sevindirəcək. İlk iki kampaniya artıq start verilib. Kampaniya çərçivəsində Nağd kreditlər 0% komissiya ilə təklif olunur. Bundan başqa, may ayında anadan olanlara plastik kartlar ilkin mədaxilsiz təqdim olunur.
Yaxın günlərdə Bank Respublika aktual maliyyə məhsulları üzrə müştərilər üçün yeni imkanlar yaradan daha iki kampaniyaya başlayır.
25 yaşını bank öz müştəri və tərəfdaşları ilə birgə bankın filial şəbəkəsi üzrə və Baş Ofisində bayram tədbiri təşkil edərək qeyd etdi.
Bank Respublika, 25 il Sizə faydalı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























