Ledi Qaqa-nın sevimli şirkəti bazar debütündə “partladıb”
Bir günə 15 milyard dollar, amma bu hələ son deyil....Dünyanın ən iri musiqi şirkəti, Ledi Qaqa, Teylor Svift, Castin Biber kimi müğənnilərlə uzun müddət əməkdaşlıq edən Universal Music Group bugün səhm bazarında debüt edib.
Marja xəbər verir ki, Amsterdamın Euronext birjasında Avropanın bu ilki ən iri listinqinə çıxan şirkət ilk gündə bazar dəyərini 15 milyard dollar artırıb.
Youtube-da 7,5 milyard rekord baxışla dünyanın ən çox seyr edilən kilipi “Despacito”-nun da əsas müəlliflərindən olan şirkət səhmlərin ticarətinə ilkin nəzərdə tutulan qiymət - 18 avro 50 sentdən deyl, 38% daha çox - 25 avrodan başlayıb. Nəticədə listinqdən öncə 39 milyard dollar qiymətləndirilnə bazar dəyəri 54 milyard dollara yüksəlib.
Musiqi sənayesində Sony Music və Warner Music-lə birlikdə 3 ən iri nəhəngdən biri olan Universal-ın əsas səhmdarı (60%) Fransanın media holdinqi Vivendi-dir. Digər iri səhmdarlara Çinin texnologiya əjdahalarından olan Tencent və amerikalı milyarder Uilyam Akman-ın “Pershing Square” hedc fondu daxildir.
Şirkətin 2021-ci ilin ilk yarısındakı gəlirləri 3,8 milyard avro (4,5 milyard dollar), mənfəəti isə 453 milyon avro (531 milyon dollar) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)







.jpg)







