"Uber" Bakıda kuryer xidməti də göstərməyə başladı
“Uber Azerbaijan” şirkəti Bakıda “Delivery” xidmətini istifadəyə verdi17:20 -Avtomobil vasitəsilə gediş sifariş etmək üçün eyniadlı onlayn xidmətin yaradıcısı olan Uber beynəlxalq texnologiya şirkəti bu gün yeni “Çatdırılma” xidmətini (“Delivery”) işə salıb.
Xidməti nağd pulla və ya proqram ilə əlaqələndirilmiş bank kartlı ilə ödəmək mümkündür. Xidmətin minimal dəyəri 2 manat təşkil edir — bu qiymətə ilk 5 dəqiqə və 3,5 kilometrlik gediş daxildir. Məsələn, "28 Mall" ticarət mərkəzindən Nəriman Nərimanov metrosuna çatdırılma, təxminən, 2,5 manata başa gələcək.
Uber şirkətinin Azərbaycandakı nümayəndəsi Müşfiq Həsənov bildirib: “Yeni xidmət Bakı sakinlərinə çatdırılma ehtiyacı duyulan gündəlik məsələlərini daha tez həll etməyə yardım edəcək. Bu xidmət vasitəsilə həm yaxın insanlara müxtəlif əşyalar, həm də biznes partnyorlarına sənədlər, yaxud müştərilərə sifarişlər göndərmək mümkündür. Onu da qeyd edək ki, biz onu istifadəçilər üçün əlçatan etməyə və eyni zamanda xidmətin partnyor sürücülərinə daha çox sifariş təklif etməyə çalışırıq".
Əşyaları göndərmək üçün istifadəçi əvvəlcə onları qablaşdırmalı, avtomobilə çatdırmalı və avtokuryerə təhvil verməlidir. Bağlamanın çəkisi 20 kiloqramdan artıq olmamalıdır. Avtomobil gəldiyi zaman qəbuledən əşyanı götürmək üçün ona yaxınlaşmalıdır. Onlayn xidmətdə, həmçinin 2 manat əlavə ödəməklə "qapıdan qapıya" çatdırılma seçimi də nəzərdə tutulub, yəni avtokuryer bağlamanı mənzilin və ya ofisin qapısından götürəcək və qəbuledənə təhvil verəcək.
"Uber Azerbaijan" proqramında “Çatdırılma” xidmətini seçdikdən sonra istifadəçi həm göndərənin, həm də qəbuledənin ünvanını və əlaqə nömrəsini qeyd edir. Əlavə olaraq "Gedişi paylaş" funksiyası da mövcuddur. Onun köməyilə qəbuledənin avtomobilin marşrut üzrə hərəkətini izləyə biləcəyi keçid yaradılır.
Qeyd edək ki, Uber fərdi sürücü ilə avtomobillərin sifarişi üzrə xidmət təklif edən eyniadlı mobil proqramın yaradıcısı olan beynəlxalq texnologiya şirkətidir. Uber-in əsas missiyası şəhərdaxili gedişləri ən müasir standartlara cavab verəcək şəkildə bütün sakinlər üçün sadə, etibarlı və əlçatan etməkdir.
XXX
13: 45 -"Uber" beynəlxalq texnologiya şirkəti Bakıda çatdırılma xidmətini (“Delivery”) istifadəyə verib.
Marja xəbər verir ki, xidmət üçün nağd və ya tətbiqə bağlı bir kartla ödəniş mümkündür. Kuryer xidmətinin minimum qiyməti 2 manatdır
"Uber"in Azərbaycandakı nümayəndəsi Müşviq Həsənov bildirib ki, yeni xidmət ilə əşyaları və ya sənədləri qohumlara, iş ortaqlarına və ya müştərilərə göndərə bilərsiniz.
Bir şeyi göndərmək üçün istifadəçi əvvəlcə onları qablaşdırmalı, avtomobilə aparmalı və kuryerə təhvil verməlidir. Paketin 20 kiloqramdan ağır olmaması vacibdir. Yeni xidmət qapıdan qapıya seçim imkanı da təqdim edir, bunun üçün əlavə 2 manat ödəniş edilməlidir.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 gün əvvəl
-
2 gün əvvəl
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
2 gün əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
2 gün əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
2 gün əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
Ən çox oxunanlar
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib


















