“Holcim Azərbaycan”nın qazancı kəskin azalıb - 4 DƏFƏDƏN ÇOX GERİLƏMƏ
100 milyon manatlıq satışdan 2 milyon 150 min manat qazanc qalıbAzərbaycanda sement istehsalçısı “Holcim Azərbaycan” ASC 2020-ci ili 2 milyon 150 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 9 milyon 154 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il şirkətin xalis mənfəəti 4,3 dəfə azalıb. Mənfəətin azalmasının səbəbləri satışdan gəlirin azalması, ötən il məzənnə fərqi və ehtiyatlarda dəyişikliklər üzrə gəlirlərin olmamasıdır.
Marja.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “Holcim Azərbaycan”ın satışdan gəlirləri 19 milyon 132 min manat və ya 16% azalaraq 100 milyon 716 min manat təşkil edib. Şirkət 2019-cu ildə satışdan 119 milyon 848 min manat gəlir əldə etmişdi.
Digər gəlirlər daxil ötən il “Holcim Azərbaycan”ın cəmi gəlirləri 101 milyon 499 min manat, cəmi xərcləri isə 99 milyon 349 min manat olub, gəlirlər xərcləri üstələdiyindən 2 milyon 150 min manat xalis qazanc olub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə “Holcim Azərbaycan”ın cəmi gəlirləri 128 milyon 402 min manat, cəmi xərcləri isə 119 milyon 248 min manat təşkil etmişdi. 2019-cu ildə “Holcim Azərbaycan” məzənnə fərqi üzrə, maliyyə aktivləri üzrə ehtiyatlarda dəyişikliklərdən və vergi ehtiyatında dəyişikliklər üzrə də gəlirlər əldə etmişdi. 2020-ci ildə bu gəlirlər olmayıb.
31 Dekabr 2020-ci il tarixində “Holcim Azərbaycan” ASC 106 milyon 184 min manat bölüşdürülməmiş mənfəətə malik olub. Şirkət 2019-cu ilin sonunda 104 milyon 34 min manat bölüşdürülməmiş mənfəətə malik idi.
AKTİVLƏRİ AZALIB
31 Dekabr 2020-ci il tarixində "Holcim Azərbaycan" 292 milyon 831 min manat cəmi aktivlərə malik olub. ASC 2019-cu ilin sonunda 306 milyon 554 min manat cəmi aktivlərə malik idi.
Xəbər verdiyimiz kimi, 30 iyul 2021-ci il tarixində keçirilmiş "Holcim Azərbaycan" ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağında dividend ödənilməsinə qərar verilib. Bir səhmə görə - 2019-cu maliyyə ilinin yekunları üzrə 5,66 manat, 2020-ci maliyyə ilinin yekunları üzrə 1,35 manat olmaqla cəmi 7,01 manat dividend ödəniləcək. 186 səhmdən ibarət olan bir payın (səhm paketinin) sahibi 1303,86 manat dividend alacaq.
"Holcim Azərbaycan" ASC-nin səhmlərinin 66%-i "Holcim LTD"yə, 24%-i "Holcim Auslandbeteiligungs GmbH" şirkətinə, qalan faizləri isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
10 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
11 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
12 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
12 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
12 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
12 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
13 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR








.webp)


.jpg)













