Kapital Bank yeni ev alanlara “Hədiyyə sertifikatı” təqdim edir
(®️) Kapital Bank daxili ipoteka ilə ev alan müştərilərə “Hədiyyə sertifikatı” təqdim edir.
Bu sertifikat vasitəsilə yeni evin təmiri üçün lazım olan materialları və eyni zamanda zəruri olan bütün ev əşyalarını, həmçinin xidmətləri partnyor mağazalarından endirimli qiymətlərlə əldə etmək olar. Bütün bunlarla yanaşı 166 yükdaşıma şirkətinin xidmətlərindən də yararlanmaq mümkündür.
Məlumat üçün bildirək ki, ev almaq arzusunda olanlar artıq illik 8%-dən başlayaraq 20 il müddətinə bankın öz vəsaiti hesabına verilən daxili ipoteka kreditindən bəhrələnə bilərlər. İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 1 ildən 20 ilədək təşkil edir. Kapital Bank ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər.
Qeyd edək ki, minimal ilkin ödəniş 20%-dən başlayır. İpoteka krediti verildikdə əksər proseslər əlavə vaxt itkisi olmadan birbaşa bank tərəfindən həyata keçirilir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
19 d. əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
2 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır














.jpg)







