Mikromaliyyə qurumlarının sayı yenidən artır
Azərbaycanda mikromaliyyə qurumlarının sayı yenidən artmağa başlayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin əvvəlindən 4 bank olmayan kredit təşkilatına (BOKT, "Optimal Finance", "Azkredit", "Nas Project" və "Azfinans") və 2 kredit ittifaqına ("Zirvə" və "Total Finans") lisenziya verib, cəmi 1 kredit ittifaqının ("Mİkro Maliyyə") isə lisenziyasını ləğv edib.
Bununla yanaşı, bu il yaradılmış və hələ lisenziya almamış BOKT-lar ("FNC" və "Finkapital") da var. Mövcud vəziyyət Azərbaycanda mikromaliyyə sektoruna marağın artdığını, bu sahədə canlanma olduğunu düşünməyə əsas verir. Bu fikri "Report"a açıqlama verən "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Brliyinin icraçı direktoru Jalə Hacıyeva da bölüşür. Onun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi böhran yavaş-yavaş aradan qalxmaq üzrədir. Bu isə iqtisadi aktivliyi artırır və mikromaliyyə sektoru da bu prosesdən kənarda qalmır.
"AMB maliyyə bazarında banklarla yanaşı, BOKT-ların da fəaliyyət göstərməsində maraqlıdır. Yeni lisenziyaların verilməsi mikro maliyyə qurumlarının artan rolunun göstəricisidir. Bu gün sözügedən kredit təşkilatlarının əsas müştəri bazası kənd yerlərindədir. Kənd təsərrüfatı məhsullarının alıcıları isə əsasən restoran-kafelərdir. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq tətbiq olunan məhdudiyyətlər bu sektorun fəaliyyətinə mənfi təsir etmişdi. Lakin bu, müvəqqəti xarakter daşıyan bir çətinlik idi. Əksər məhdudiyyətlər artıq aradan qaldırılıb. Biznes tədricən pandemiyadan əvvəlki səviyyəyə qayıdır və aqrar sektorun məhsullarına tələbat artır. Artıq insanlardan yeni sahələrin kredtiləşməsinə dair müraciətlər gəlir. Özü də həmin insanlar risklərin idarəedilməsi məsələsində daha təcrübəlidirlər, mikro maliyyə təşkilatlarının hər zaman ehtiyac duyduğu sağlam müştəri kontinqentinə daxildirlər. Bu cür müştərilərin kredit tələbinin qarşılanması nəticə etibarı ilə BOKT-ların kredit portfelinin keyfiyyət göstəricilərinə müsbət şəkildə təsir edir", - deyə J.Hacıyeva qeyd edib.
Bununla yanaşı, icraçı direktor deyir ki, mövcud resurlar ancaq daimi müştərilərin kreditə olan ehtiyacını ödəməyə imkan verir:
"Yeni müştərilərlə işləmək üçün milli valyutada əlavə vəsaitə ehtiyac var. Bu gün BOKT-ların qiymətli kağızlar bazarında manatla borc vəsait cəlb etməsi bu qəbildən alternativ maliyyə mənbələrindən biridir. İstiqraz emissiyası vasitəsilə cəlb edilən vəsaitlər ucuz olmaqla yanaşı həmd ə daha əlçatan və az risklidir. Belə ki, xarici valyutada götürülən borc eyni valyutada da geri qaytarılır. Onun məzənnəsində devalvasiya vaxtı gördüyümüz kimi kəskin dəyişmələr olduqda çox ciddi fəsadlar doğurur. Bu baxımdan kreditləşmənin arealını genişləndirimək üçün milli valyutada vəsaitlərin cəlb olunması hazırda BOKT-lar üçün prioritet məsələdir”.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Report"
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
-
- 28 d. əvvəl
-
40 d. əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
53 d. əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
1 saat əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Rəsmi məzənnələr açıqlandı
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
Ən çox oxunanlar
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb






















