Bakı Ali Neft Məktəbi 33 Prezident təqaüdçüsü ilə lider oldu
Bakı Ali Neft Məktəbi (BANM) 2021/2022-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş Prezident təqaüdçülərinin sayına görə rekorda imza atıb.
Məktəbdən Marja-ya verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 29 sentyabr, 2021-ci il tarixli Sərəncamına əsasən, 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Onlardan 33 nəfəri BANM-in tələbəsidir. Bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir. Bundan əvvəl heç bir ali məktəbdə bu sayda Prezident təqaüdçüləri olmayıb.
Prezident təqaüdçüləri arasında qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi və I ixtisas qrupunun lideri Əbil Şəfiyev və II ixtisas qrupunun lideri Əflan Bədəlov da var. Qeyd edək ki, Əbil Şəfiyev 697,1 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına, Əflan Bədəlov isə 691,2 bal toplayaraq Ali Məktəbdə yeni açılan Biznesin idarəedilməsi ixtisasına qəbul olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
13 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində





















