Kapital Bank-ın dəstəyi ilə “Made in Azerbaijan – 2” layihəsi yekunlaşdı
Ölkədə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün “Made in Azerbaijan – 2” müsabiqəsi keçirib. Müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim ediblər.
Dünən layihə yekunlaşıb və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirin sonunda 6 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib. Qaliblərə Kapital Bank adından pul mükafatı, korporativ hədiyyələr, həmçinin sertifikatlar təqdim edilib. Birinci yerin qalibi 2000 AZN, ikinci yer 1500 AZN, üçüncü yer 1000 AZN ilə mükafatlandırılıb. Digər finalçılara isə korporativ hədiyyələr verilib.
“Ötən il Kapital Bank-la Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində “Made in Azerbaijan” layihəsi keçirilib, həmçinin “İnnovativ Bankçılıq” laboratoriyası tələbələrin ixtiyarına verilib. Bu ilki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar təqdim edilib və ən yaxşıları seçilib. Kapital Bank gələcəkdə də İqtisad Universiteti ilə müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır” – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə edilməsi departamenti direktoru Fərqanə Məmmədova bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
39 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 48 d. əvvəl
- 51 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı






















